Qeyri-neft sektoru üzrə ixrac 38,5% artıb
“İxrac icmalı”nın may sayına əsasən, 2022-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ixracı 11,8 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 965,5 mln. ABŞ dolları təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumatda bildirilir ki, qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 268,6 mln. ABŞ dolları və ya 38,5% artıb.
2022-ci ilin yanvar-aprel ayları ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 23,6 % artaraq 162,6 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9,9 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 90,6%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 53,3%, pambıq iplik ixracı 19,8%, pambıq lifi ixracı isə 6,8 % artıb.
2022-ci ilin aprel ayı üzrə ixrac 3,8 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 22% təşkil etməklə 238,3 mln. ABŞ dolları olub. 2022-ci ilin aprel ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 6,2% artaraq 51,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 27,2% artaraq 186,9 milyon ABŞ dolları təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır













.jpg)









