Neft ABŞ-dan gələn xəbər ilə kəskin ucuzlaşdı
ABŞ-da kommersiya məqsədli xam neft ehtiyatları ötən həftə 1,7 milyon barrel azalıb.
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədə kommersiya məqsədli xam neft ehtiyatlarının ötən həftə 1,7 milyon barrel (0,3 faiz) azalma ilə 511,5 milyon barrelə gerilədiyini açıqlayıb. Bazar gözləntisi, ehtiyatların 2,7 milyon barrel azalması istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 3,3 milyon barel artım qeyd etmişdi.
Beləliklə, ABŞ-da kommersiya xam neft ehtiyatları son 10 həftənin 8-inde geriləmiş oldu.
Kommersiya məqsədli xam neft ehtiyatlarına daxil olmayan strateji neft ehtiyatları da keçən həftə 0,4 milyon barrel (0,1 faiz) azalaraq 684,6 milyon barrelə enib.
ABŞ-ın həftəlik benzin ehtiyatları isə sözügedən həftə 2,1 milyon barrel (0,9 faiz) artaraq 242,4 milyon barrelə çatıb. Bazar gözləntisi 0,4 milyon barrel azalma olacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 3,3 milyon barel artım qeyd etmişdi.
Xam neft istehsalı 17 həftənin 15-inde yüksəlib
Sözügedən dövrdə ABŞ-ın xam neft hasilatı bir əvvəlki həftəyə görə, gündəlik orta hesabla 12 min barrel artaraq 9,33 milyon barrelə çatıb. Beləliklə, ABŞ-ın xam neft hasilatı son 17 həftənin 15-ində artım göstərib.
Ölkənin xam neft idxalı sözügedən həftə əvvəlkinə nisbətən gündəlik orta hesabla 316 min barrel azalaraq 8,02 milyon barrelə geriləyərkən, xam neft ixracı isə gündəlik orta hesabla 165 min barel artımla 722 min barrelə çıxıb.
ABŞ-ın benzin ehtiyatları və xam neft istehsalındakı artımın ardından qlobal bazarlarda neftin qiymətlərində kəskin azalma görülüb.
EIA göstəricilərinin açıqlanması ilə, ABŞ-ın Qərbi Texas tipi xam nefinin barrel qiyməti 44,72 dollara, London Brent növü neftin barrel qiyməti də 46,94 dollara geriləyib. Neft təxminən 4% ucuzlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
12 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 16 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























