AZANS Zəngilan hava limanında yeni uçuşları idarəetmə sistemini tətbiq edir
AZANS uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün aeronaviqasiya infrastrukturunun bərpası çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazisində - Zəngilanda inşa olunan beynəlxalq hava limanında yeni avtomatlaşdırılmış hava hərəkətini idarəetmə sistemini tətbiq edir.
"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətinin yaydığı məlumaytda bildirilir ki. qeyd edilən sistemin uğurlu sınağı aprelin 26-da “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) və Almaniyanın ərazisində hava hərəkətinin idarə olunmasına cavabdeh olan DFS Aviation Services (DAS) şirkətinin nümayəndələrinin birgə iştirakı ilə baş tutub. Sistem DAS mütəxəssisləri tərəfindən hazırlanmış müasir avtomatlaşdırılmış Phoenix sisteminə əsaslanır.
“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində inşa edilən yeni beynəlxalq hava limanları bütün müasir təhlükəsizlik standartlarına cavab verir, yüksək beynəlxalq tələblərə cavab verən inkişaf etmiş infrastruktura malikdir. Zəngilan hava limanında yeni avtomatlaşdırılmış sistemin tətbiqi uçuşların təhlükəsizliyinin yüksəldilməsinə, həmçinin hava məkanının buraxılış qabiliyyətinin artırılmasına kömək edəcək”, - deyə AZAL prezidenti Cahangir Əsgərov bildirib.
“Azərbaycanın yeni beynəlxalq hava limanlarında Phoenix proqram-aparat kompleksinin tətbiqi çərçivəsində AZANS və DFS Aviation Services arasında əməkdaşlıq uçuşların təhlükəsizlik səviyyəsinin yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir”, - deyə DAS-ın idarəedici direktoru Andreas Pouç qeyd edib.
AZANS-ın bütün texniki və əməliyyat heyəti Almaniya mütəxəssisləri tərəfindən keçirilən müvafiq təlimlər keçmişdir.
Qeyd etmək lazımdır ki, Phoenix sistemi Azərbaycanın yeni hava limanlarında dispetçer qüllələrinin istismarı üçün tətbiq edilən ikinci avtomatlaşdırılmış hava hərəkətini idarəetmə sistemidir. İlk sistem Almaniyanın aeronaviqasiya xidməti tərəfindən 2021-ci ilin avqust ayında Füzulidə beynəlxalq hava limanında tətbiq edilmişdir.
Zəngilanda 3000 metr uzunluğunda uçuş-enmə zolağı olan beynəlxalq hava limanı bütün beynəlxalq tələblərə və standartlara cavab verən ən yeni naviqasiya infrastrukturu ilə təchiz olunacaqdır.
Zəngilan rayonundakı beynəlxalq hava limanının 2022-ci ildə istismara verilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























