Elxan Bəşirov: Tikinti materiallarının bahalaşması hələ bir müddət də davam edəcək
Azərbaycanda tikinti materiallarının bir qisminin Rusiya və Ukrayna idxalından asılı olduğu, hazırda həmin materialların ölkəyə gətirilməsində müəyyən problemlər olduğu bəllidir. O cümlədən, bu prosesin adıçəkilən məhsulların qiymətinə təsiri də danılmaz faktdır.
Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri Elxan Bəşirov bildirib ki, Rusiya-Ukrayna müharibəsi qlobal bahalaşmaya təkan verən səbəblərdəndir:
“Eyni zamanda, Rusiyadan gələn məhsulların da qiymətləri qalxıb. Bu proses əvvəlcə panika xarakterli oldu. Sonradan bu, səngiməyə başladı, ancaq əvvəlki vəziyyətə qayıtmadı”.
E.Bəşirov qeyd edib ki, bu bahalaşma hələ bir müddət də davam edəcək. O, prosesin neftin qiyməti ilə də əlaqəsindən danışıb:
“Neftin qiyməti qalxıb. Məlum olduğu kimi, bu bütün məhsullara təsir edir. Ona görə hesab edirəm ki, yaxın gələcəkdə tikinti bazarının əvvəlki səviyyəyə qayıdacağının gözləməyə dəyməz. Onun üçün dövlətimizin tikinti materiallarının istehsalını təşviq etməsinə ümid etməliyik. Gömrük siyasətinə, vergi yükləmələrinə yenidən baxmaq və bu cür məsələləri tənzimləmək lazımdır”.
Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası Kommersiya Hüquqi Şəxslərinin İttifaqının sədri Ramiz İsayev bildirib ki, Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Rusiyanın ticarət tərəfdaşlarına da təsir etməkdədir:
“Azərbaycan Dövlət Gömrük Komitəsinin cari ilin yanvar ayı üzrə açıqladığı xarici ticarətin statistikasına əsasən Ukrayna və Rusiya ölkəmizin əsas ticarət tərəfdaşlarından biri kimi ticarət dövriyyəsində müvafiq olaraq 3 və 4-cü yerləri tutur. Hazırda davam edən müharibənin bu ticarət dövriyyəsinə təsir edəcəyi şübhəsizdir”.
Onun sözlərinə görə, hazırda rublun dəyərdən düşməsi də idxal olunan tikinti materiallarının qiymətinə təsir edə biləcək amillərdəndir: "Amma hazırda Rusiyaya tətbiq edilmiş sanksiyaların sözügedən ölkənin ixrac əməliyyatlarına da təsir edə biləcəyini göz önünə alsaq, o zaman ucuzlaşmanın yox, əksinə bahalaşmanın qaçılmaz olacağını deyə bilərik. Belə ki, Rusiya strateji əhəmiyyətli məhsulların ixracına limit və ya qadağa tətbiq edə bilər, bu da istehsalın azalmasına və ya dayandırılmasına səbəb ola bilər. Digər tərəfdən, bu ölkəyə müxtəlif istiqamətlərdə tətbiq edilən qadağalar idxalı da çətinləşdirə bilər”.
Tikinti materialları üzrə ekspert, “Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elnur Azadov qeyd edib ki, bu kimi problemlərlə ümumiyyətlə bütün inşaat materialları tədarükçüləri, istehlakçıları, daşınması ilə məşğul olan fiziki və hüquqi şəxslər üzləşiblər:
“Ən böyük problem Ukraynadan gətirilən inşaat materiallarının xammallarında var. Oradan artıq mal gəlmir. Mallar yalnız bəzi böyük partiyalarla ticarətlə məşğul olan şəxslərin anbarlarında qalıb. Onlar da qiymətləri kəskin artırıblar".
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 12 saat əvvəl
-
-
12 saat əvvəl
“AS İnşaat” MMC-nin inşa etdiyi Ağalı kəndi “Euronews”un diqqət mərkəzində
- 12 saat əvvəl
-
13 saat əvvəl
ABB-nin yeni istiqrazlarının faizləri məlum oldu - 10 MİLYON MANAT CƏLB EDİR
-
13 saat əvvəl
Səudiyyə Ərəbistanı Hörmüzə alternativ olaraq Qırmızı dənizi qiymətləndirir
- 13 saat əvvəl
-
14 saat əvvəl
Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib - YENİ 7 ÜZV
-
14 saat əvvəl
Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb
-
14 saat əvvəl
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
-
14 saat əvvəl
Neftin qiyməti son 1,5 ilin ən yüksək səviyyəsində - 9 %-DƏN ÇOX BAHALAŞDI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Lizinq şirkətinə illik 15%-lə 1 milyon manat pul lazımdır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
PAŞA Bankdan rəqəmsal depozitdə bayram təklifləri!
Mərkəzi Bank: “Fizza Pay”ın vəzifəli şəxsi məsuliyyətə cəlb olunub
Məhkəmələrə hakimlər təyin edildi - SƏRƏNCAM
"Rusiya qazından asılılığımızı azaltdığımız dövrdə Azərbaycanla tərəfdaşlığımızın vacibliyi yalnız artacaq"

























