"Əsas problem fndığın geri qaytarılması məsələsidir"
Azərbaycanda fermerlərin və daha çox ixracatçıların narahatçılığına səbəb olan problemlər fındığın geri qaytarılması məsələsidir.
Bunu, Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Seymur Mövlayev Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Agrarco MMC arasında "Azərbaycanda Fındıqçılıq Sahəsində Səmərəliliyin və Dayanıqlılığın Sürətləndirilməsi - HAZER" layihəsi çərçivəsində fəaliyyətlərə dair əməkdaşlıq və koordinasiya üzrə İcra Müqaviləsinin imzalanma mərasimində çıxış edərkən deyib.
Onun sözlərinə görə, geri qaytarılmanın aradan qaldırılması üçün dəyər zənciri istiqamətində bütün istehsal xəttinin izlənilməsinə zərurət var ki, problemin haradan qaynaqlandığını və fermerlərin harada səhvlərə yol verdiklərini müəyyən etməkdir.
"Fındıqçılıq, Azərbaycanın strateji cəhətdən ixracyönümlü ən prioritet istiqamətlərindən biridir. Burada kənd təsərrüfatının digər sahələrində olduğu kimi, mövcud dünya tələblərinə cavab vermək üçün əlavə dəyər zəncirinin inkişafina ehtiyac duyulur. Bu istiqamətdə Kənd Təsərrüfatı nazirliyi tərəfindən FAO ilə layihənin başlanğıcını qoyduqda əsas hədəf o idi ki, mövcud çatışmazlıqları aradan qaldırmaq və fermerləri bu istiqamətdə dəstəkləmək üçün hansı işlər görülməlidir, - deyə Seymur Mövlayev qeyd edib.
FAO Azərbaycanda findıqçılığın inkişafı ilə bağlı memorandum imzalayıb
Bu gün Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Agrarco MMC arasında "Azərbaycanda Fındıqçılıq Sahəsində Səmərəliliyin və Dayanıqlılığın Sürətləndirilməsi - HAZER" layihəsi çərçivəsində fəaliyyətlərə dair əməkdaşlıq və koordinasiya üzrə İcra Müqaviləsi imzalanıb.
Sözügedən layihə çərçivəsində fındığın dəyər zənciri boyunca dayanıqlı bioenerji əldə edilməsi yanaşmasının araşdırılması, istehsalı və emal zamanı aflatoksin yarada biləcək səbəbləri araşdırılır.
Əməkdaşlıq çərçivəsində bu proseslərdə qabaqcıl təcrübələrin tətbiqi və bu sahə ilə məşğul olan fermerlərin potensialının artırılmasına dair fəaliyyətlər planlaşdırılır.
İmzalanma mərasimində, FAO-nun və Agrarco MMC-nin rəhbər heyəti və mütəxəssisləri ilə yanaşı Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Xidmətlər Agentliyinin rəhbər heyəti və mütəxəssisləri, eləcə də digər qurumların nümayəndələri iştirak ediblər.
Tədbirin açılış mərasimində FAO-nun ölkə üzrə ofisinin rəhbəri Mələk Çakmak və Agrarco MMC-nin Baş İcraçı Direktoru Cavid Kazımov çıxış edərək imzalanan əməkdaşlıq müqaviləsinin əhəmiyyətini vurğulayıblar.
“BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı olaraq dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında özəl sektor və dövlət orqanları arasında strateji tərəfdaşlıqların qurulmasını müsbət qiymətləndiririk. Xüsusilə, özəl sektorla əməkdaşlıq imkanlarının yaradılması qida sistemlərinin sağlam və dayanıqlı şəkildə şaxələndirilməsinə və qida təhlükəsizliyinin təmin olunmasına töhfə verir",- deyə Mələk Çakmak bildirib.
Əməkdaşlıq müqaviləsinə əsasən, layihə icrası müddətində fındıq istehsalı prosesində iştirak edən fermerlər qabaqçıl təcrübələrin tətbiqi ilə bağlı müxtəlif istiqamətlərdə fəaliyyətlərə cəlb ediləcək. Fermerlərə ilkin mərhələdə təlim keçməsi məqsədilə mövcud bağların və avadanlıqların Agrarco MMC tərəfindən təmin edilməsi nəzərdə tutulur. Hazırlanacaq iş planları əsasında fındıqçılıq dəyər zəncirində bioenerji potensialının qiymətləndirilməsi, biokütlə, yekun istehlak enerji istifadə potensialının qiymətləndirilməsi, qalıqların və istixana qazının mobilizasiyası üçün dəyər zənciri logistikası ilə bağlı fəaliyyətlərin araşdırılması və koordinasiyasın aparılması planlaşdırılır. Tərəflər müqavilə çərçivəsində həmçinin fındığın dəyər zəncirində dayanıqlı bioenerji variantları və eləcə də dayanıqlı fındıq məhsulunun idarə edilməsi, məhsul yığımından sonrakı işlər, emal və təhlükəsizliklə bağlı fermerlərin potensialının qiymətləndirilməsi prosesində iştirak edəcək.
Tədbirdə Birləşmiş Millətlər Təşkilatının Qlobal Saziş Prinsiplərində əks olunduğu kimi insan hüquqları və ətraf mühitin qorunması ilə əlaqədar beynəlxalq çərçivədə qəbul edilən prinsiplərinin əməkdaşlıq müqaviləsində öz əksini tapdığı da vurğulanıb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
20 d. əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
-
-
26 d. əvvəl
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınır
- 33 d. əvvəl
-
40 d. əvvəl
"FERRUM Kapital” 51 investordan illik 14 faizlə 4 milyon manat borc aldı
-
1 saat əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
Ən çox oxunanlar
Zelenski Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib
Rusiyada xiyarın qiyməti ikiqat artıb
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
























