ABŞ bankları mobil pul transferinə başladılar
İstifadəçilər, pul göndərmək istədikləri adamların mobil telefon nömrəsini və ya e-poçt ünvanını daxil edərək dəqiqələr içində pul transferi reallaşdıra biləcəklər.
ABŞ banklarının, mobil tətbiqi vasitəsilə fərdlər arasında (peer-to-peer) sürətli pul köçürmə xidmətinə başladığı bildirilib.
"Marja" xəbər verir ki, ABŞ-ın rəqəmsal ödəmə şəbəkəsi "Zelle"dən edilən açıqlamada, ölkədəki 30 bankın müştərilərinin mobil tətbiqi vasitəsilə sürətli şəkildə pul transferi edə biləcəyi qeyd olunub.
Bu gün başlayan xidmət sayəsində, istifadəçilərin öz banklarının mobil tətbiqlərini (proqramını) istifadə edərək eyni və ya müxtəlif banklardakı şəxslərə pul göndərə biləcəkləri ifadə edilib.
İstifadəçilərin pul göndərmək istədikləri adamların mobil telefon nömrəsini və ya e-poçt ünvanını daxil etmələrinin yetərli olacağı bildirərkən, pul transferlərinin dəqiqələr içində reallaşacağı qeyd olunub.
Sözügedən xidməti təqdim edən bankların arasında Bank of America, Capital One, Citibank, JP Morgan Chase, Morgan Stanley, PNC Bank, SunTrust Bank, TD Bank və Wells Fargo kimi böyük ABŞ bankları var.Gələcək aylarda ölkədəki orta və kiçik miqyaslı banklarında da xidmətdən istifadə edəcəyi məlumatına yer verilib.
Daha əvvəl "clearXchange" adı ilə tanınan Zelle, Bank of America, Capital One, JPMorgan Chase, US Bank və Wells Fargo tərəfindən inkişaf etdirildikdən sonra Yanvar 2016-da "Early Warning" adlı şirkətə satılmışdı.
Mütəxəssislər, istifadəçilərin, hər hansı bir mobil proqramı endirmədən "Zelle"nin pul transfer xidmətlərini öz banklarının mobil proqramları üzərindən istifadə edə biləcəklərini vurğulayarkən, Apple, PayPal və digər şirkətlərin də yaxın zamanda mobil pul transferi sahəsində yeni xidmətlər təqdim edəcəyini qeyd edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
12 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 16 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























