“Xalq Həyat Sığorta” şirkətinin xalis mənfəəti 7 dəfəyə yaxın artıb
“Xalq Həyat Sığorta” ASC 2021-ci ili 1 milyon 392 min manat xalis mənfəət ilə başa vurub.
Xatırladaq ki, “Xalq Həyat Sığorta” Şirkəti 2020-ci ili 201 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə “Xalq Həyat Sığorta”nın xalis mənfəəti 6,9 dəfə artıb.
Marja.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “Xalq Həyat Sığorta”nın cəmi əməliyyat gəlirləri 5 milyon 235 min manat, cəmi əməliyyat xərcləri 3 milyon 686 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə Şirkətin cəmi əməliyyat gəlirləri 3 milyon 32 min manat, cəmi əməliyyat xərcləri 2 milyon 831 min manat təşkil etmişdi.
Eyni zamanda, Şirkət ötən il sığorta ehtiyatının yaradılmasına gəlirlərindən 2 milyon 401 min manat ayırıb (2020-ci ildə 1 milyon 703 min manat).
YIĞIMLARI ARTIB
2020-ci ildə "Xalq Həyat Sığorta"nın hesabladığı sığorta haqları 3 milyon 671 min min manat ikən, 2021-ci ildə 6 milyon 113 min manata yüksəlib.
"Xalq Həyat Sığorta"nın sığorta ödənişləri isə 2020-ci ildə 5 min manat ikən, 2021-ci ildə 136 min manat təşkil edib.
15 mart 2019-cu il tarixində “Xalq Həyat” Sığorta Şirkəti ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsinə dair 5 illik lisenziya verilmişdir. Cəmiyyətin nizamnamə kapitalı 15 mln. manat təşkil edir və səhmlərinin 100 faizi “Xalq Sığorta” ASC-yə məxsusdur. “Xalq Həyat” Sığorta Şirkəti ASC həyat sığortası sahəsində geniş spektr üzrə xidmətlər göstərir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 51 d. əvvəl
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
9 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)





.jpg)



.jpg)





