Laboratoriya "Azərsun"un zavoduna aparıldığı iddia edilən əti yoxladı - NƏTİCƏSİ
Xəbər verdiyimiz kimi, iyunun 9-da Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən "Merscedes-Benz” markalı 31-BE-643 dövlət nömrə nişanlı minik avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin antisanitar vəziyyətdə, daşıma üçün heç bir şəraiti olmayan yük yerində İsmayıllı rayonu, Qubaxəlilli kənd sakini Həsənov Saleh Əmirxan oğluna məxsus ümumi çəkisi 100 kq olan sümükdən ayrılmış at əti aşkar edilmişdir.
Xidmətdən "Marja"ya daxil olmuş məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin müraciətinə əsasən, Bakı Şəhər Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən "Merscedes-Benz” markalı 31-BE-643 dövlət nömrə nişanlı minik avtomobilin yük yerində antisanitar şəraitdə yığılmış, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan 2 baş atın sümüksüz ətlərindən nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir.
Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, salmonella abortus equi) aşkar edilmişdir. Həmin salmonella abortus equi ilə çirklənmış ətlər, hətta, emal edildikdən sonra insan sağlamlığına, səhhətinə zərər yetirir. Biokimyəvi müayinələrin nəticəsinə əsasən həmin ətlərin öldükdən sonra kəsilmiş at əti olması müəyyən edilmişdir.
Hazırda Binəqədi Rayon Polis İdarəsi tərəfindən müvafiq araşdırmalar aparılır. Ətlərdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticələri Binəqədi Rayon Polis İdarəsinə təqdim ediləcək və müayinənin nəticələrinə müvafiq tədbirlər görüləcəkdir.
XAÇMAZDA SAXLANILAN ƏT DƏ ÇİRKLƏNMİŞ ÇIXDI
İyunun 9-da qida təhlükəsizliyi ilə əlaqədar alınan məlumat əsasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Xaçmaz Rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının arşısını almaq məqsədi ilə Xaçmaz rayonu, Xudat şəhəri, H.Əliyev küçəsi 29B, mənzil 16-da yaşayan Məmmədyarov Eynulla Balaşərif oğluna məxsus “PEKAP” markalı 10-PE-327 dövlət nömrə nişanlı avtomobilinə Xaçmaz rayonu ərazisində baxış keçirilmişdir.
Baxış zamanı avtomobilin yük yerində qeyri-qanuni, antisanitar şəraitdə, üst-üstə yığılmış vəziyyətdə daşınan, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, şaqqalara bölünmüş 500 kq çəkisində olan heyvan əti, 2 ədəd kəsilmiş malın baş-ayağı və daxili orqanları aşkar olunmuşdur. Qeyd edək ki, ətin sahibi onları "Azərsun Holdinq"ə məxsus "Qafqaz" Konserv Zavoduna apardığını demişdi.
Xidmətdən "Marja"ya daxil olmuş məlumatda bildirirlir ki, avtomobildə aşkar edilmiş ətlərdən və daxili orqanlardan baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir.
Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasına əsasən yoxlanılan nümunələrdə bakterioloji çirklənmə (Bağırsaq Çöpləri Qrupu Bakteriyalar) aşkar edilmişdir. Biokimyəvi müayinənın nəticəsinə əsasən həmin ətlərin iribuynuzlu heyvan əti olması müəyyən edilmişdir. Heyvanların kəsimi və daşınması zamanı baytarlıq-sanitariya qaydalarına riayət edilmədiyi üçün ətlər bağırsaq çöpləri qrupu bakteriyaları ilə çirklənmişdir.
Laboratoriya müayinələrinin nəticələrinə əsasən Məmmədyarov Eynulla Balaşərif oğluna məxsus “PEKAP” markalı 10-PE-327 dövlət nömrə nişanlı avtomobildə aşkar edilən ətlər barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcəkdir.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 11 saat sonra
-
2 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
3 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 4 saat əvvəl
-
5 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 6 saat əvvəl
-
8 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi




















