Dünya Bankı Ukrayna böhranına görə Azərbaycan iqtisadiyyatı üçün riskləri qiymətləndirib
Rusiya və Ukrayna arasında hərbi əməliyyatlar Azərbaycan iqtisadiyyatına da müəyyən mənfi təsir göstərəcək.
Dünya Bankının ekspertləri belə hesab edirlər.
Bankın Azərbaycanın iqtisadiyyatı üzrə aylıq icmalında qeyd edilir ki, bu mənfi təsir aşağıdakı aspektlərdə özünü biruzə verəcək: Rusiyada qeyri-neft məhsullarının ixracı üçün potensial bazar itkisi, RF-dən idxal problemləri, daxii inflyasiyanın sürətlənməsi və aktivlərin itirilməsi.
“2021-ci ilin yekunarı üzrə Azərbaycanın qeyri-neft ixracının 32%-i və ya bütün ixracın 4%-i Rusiyanın payına düşüb. Rusiya bazarından digər ixracatçıların getməsi Azərbaycana müəyyən fayda gətirə bilər, lakin rublun məzənnəsinin ucuzlaşması tələbin də azalmasına səbəb olacaq. İdxala gəlincə isə, Azərbaycan Rusiya və Ukraynadan buğda idxalından asılıdır və bu ərzaq təhlükəsizliyi üçün potensial riskdir. Bundan başqa, dünyada ərzaq qiymətlərini bahalaşması Azərbaycanda daxili infyasiyanın sürətlənməsinə gətirəcək”, - DB-dən bildiriblər.
O cümlədən, Ukrayna böhranı Azərbaycan sərmayələrinin Rusiya və Ukraynada azalmasına səbəb olacaq.
DB qeyd edir ki, fevral-mart aylarında enerji daşıyıcılarının qiymətlərində artım müşahidə olunub, bir barrrel Brent markalı neftin qiyməti 130 dollarrəqəminə çatıb. “2022-ci ildə Azərbaycanın dövlət büdcəsində bir barrel neftin qiyməti 50ABŞ dolları səviyyəsində nəzərdə tutulur və beləliklə, enerji daşıyıcılarının artan qiymətləri Azərbaycanın fiskal və xarici balansı üçün gözlənilməyən mənfəəti təmin edəcək”, - bankın ekspertləri belə hesab edirlər.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 13,99%-dən, 0% komissiya
© "İnterfaks-Azərbaycan"
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 13 d. əvvəl
-
-
1 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























