Fəvvarələr Meydanında unikal dizayna malik yenilənmiş “McDonald’s” restoranının açılışı olub - FOTO
Artıq qonaqlar özünəxidmət köşkündə və ya kassada yeməyi sifariş verdikdən sonra masa arxasına keçərək sifarişini gözləyir(®) Bakının mərkəzində, Fəvvarələr Meydanında yerləşən Azərbaycanın ilk “McDonald’s” restoranı yenidən qapılarını qonaqların üzünə açıb.
1999-cu ildə açılmış Azərbaycanın ilk “McDonald’s” restoranı dərhal paytaxt sakinlərinin və qonaqlarının sevimli istirahət məkanına çevrilib. Yenidənqurma ilə əlaqəli qısamüddətli fasilədən sonra bu gün restoran yenidən qonaqlarını salamlayıb.
Artıq restoranda vaxt keçirmək daha komfortlu olub. Restoranda qonaqpərvərlik üzrə ekspertlər və 100-dən artıq əməkdaş çalışır.
Restorandakı əsas yeniliklərdən biri “masa arxasında xidmət”dir. Belə ki, artıq qonaqlar özünəxidmət köşkündə və ya kassada yeməyi sifariş verdikdən sonra masa arxasına keçərək sifarişini gözləyir.
Yenilənmiş restoranın unikal dizaynı da qonaqların sevincinə səbəb olub. İnteryerin tərtibatında ağac, daş və şüşədən hazırlanmış elementlərdən istifadə edilib. Şirkət nümayəndəsinin sözlərinə görə, restoranın yeni konsepsiyası daha əlverişli və rahat atmosferin yaradılmasına yönəlib. Bu isə qonaqlarımıza dadlı yeməklərdən, sürətli xidmətdən və ünsiyyətdən zövq almaq imkanı yaradır.
“Azərbaycanda fəaliyyətə başlamış ilk “McDonald’s” restoranının qapılarını yenidən qonaqların üzünə açmağa şadıq. Son 23 ildə Bakı üçün xüsusi bir yer olan Fəvvarələr Meydanında yerləşən bu restoranla bağlı çoxlarının xoş xatirələri var. Müasirləşdirilmiş restoran qida sənayesi sahəsində ən son texnoloji tələblərə cavab verən avadanlıqla təchiz edilir.
Qeyd etmək istərdim ki, mövcud restoranların müasirləşdirilməsi və yenilərinin açılmasına investisiya yatırmaqla şirkət həmçinin yerli istehsalın artırılmasına öz dəstəyini verir ki, bununla da Azərbaycanda qeyri-neft sektorunun inkişafına öz töhfəsini verir”, - şirkət nümayəndəsi deyib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
7 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)
.jpg)





.jpg)


.jpg)









