Ən güclü və ilk oyun planşeti artıq Bakıda - QİYMƏTİ
(®) Bakıda fəaliyyət göstərən ASUS-un rəsmi mağazasında dünyanın ən güclü və ilk gaming (oyun) planşeti artıq satışa çıxarılıb.
2022-ci ilin yanvar ayında ASUS şirkətiilk gaming planşeti ROG FLOW Z13 GZ301 modelini Las Vegas şəhərində keçirilən CES 2022 sərgisində təqdim edib. Yeni oyun planşeti təqdim olunan gündən "gamerlər" arasında çox böyük marağa səbəb oldu.
Yeni ROG Flow GZ301 modeli ən yeni nəsil Intel Core i9-12900H 14 nüvəli prosessor və NVIDIA GEFORCE RTX 3050Ti 4GB video kartla təchiz edilib. Hətta, əlavə xarici NVIDIA GEFORCE RTX 3080 16GB video kartla da təchiz oluna bilər. Digər parametlər 13.4″ touch 120Hz WUXGA, 500nits, sRGB 100% ekran özəllikləri, 16GB RAM, 1TB SSD-dir. Planşetin çəkisi cəmi 1.18 kq-dır, yəni texniki xüsusiyyətlərinə çox yüngül və daşınması rahatdır. Qoşulan klaviatura RGB, yəni işıqlıdır və asanlıqla planşetdən ayrıla bilir. Quraşdırılmış 170 dərəcə açılan altlıq istifadəçiyə istənilən şəraitdə rahat işləmək imkanı verir. Əməliyyat sistemi isə orijinal lisenziyalı Windows 11 Home versiyadır.
Modelin hazırda satış qiyməti 4099 manatdır. Qiymət bəlkə də ilk baxışda müştərilərə baha görünə bilər, lakin həmin modeli bazarda ona oxşar göstəriciləri olan digər modellərlə də müqayisə etmək lazımdır. Belə parametrlər və ya texniki göstəricilər ilə onun bazarda birəbir eynisi yoxdur, qiymətinə görə müqayisə edəndə isə 4000 manat civarında olan iPad 13 Pro və ya Lenovo ThinkPad X12 Detachable kimi analoq modellər bazarda var. Lakin ASUS ROG FLOW Z13 GZ301 modelinin texniki göstəriciləri həmin modellərdən daha yüksəkdir və əlbəttə ki, o ilk oyun planşetidir.
Modellə daha ətraflı tanış olmaq üçün bu linklərə tıklayın: https://aztech.az/product/2022-asus-rog-flow-z13-gz301ze-ld225w-90nr07x1-m00hd0/
"Azerbaijan Technologies" şirkətinə məxsus ASUS-un rəsmi mağazasında hər zaman olduğu kimi son və yeni modellər ən qısa zamanda satışa çıxarılır. Qeyd edək ki, ASUS Brand Store Qafqaz, Orta Asiya və Yaxın Şərq regionlarında ASUS-un yeganə rəsmi satış nöqtəsidir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
9 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)




.jpg)




.jpg)








