Türkmənistan pulsuz kommunal xidmətləri ləğv etməyə hazırlaşır
Türkmənistan prezidenti Qurbankuli Berdımuxammedov əhaliyə müraciət edərək ölkə vətəndaşlarını pulsuz elektrik enerjisi, içməli su və təbii qaz təminatı ilə vidalaşmağa hazır olmağa çağırıb.
Rusiya mətbuatı xəbər verir ki, pulsuz kommunal xidmətlərin ləğvi Trükmənistanın üzləşdiyi maliyyə çətinlikləri ilə əlaqədar ola bilər.
Qeyd edək ki, Orta Asiyanın ən böyük qaz ixracatçısı bir il bundan əvvəl qiymətlərin azalması ilə əlaqədar valyuta çatışmazlığı ilə üzləşib və dollar satışını məhdudlaşdırıb. 5,5 mln. əhalisi olan Türkmənistanın əhalisi 24 ildir ki, kommunal xidmətlərdən limitli də olsa pulsuz faydalanıblar. 2014-cü ilə qədər isə vətəndaşlara ayda 120 litr benzin pulsuz verilib. Yerli informasiya agentlikləri yazır ki, bundan sonra pulsuz kommunal xidmətlərlə yalnız əhalinin maddi baxımdan zəif təbəqəsi təmin oluna bilər.
Xatırladaq ki, Beynəlxalq Valyuta Fondu (IMF) Türkmənistanın dövlət büdcəsi kəsinin artmaqda davam edəcəyini və bu il ümumi daxili məhsulun 0,7%-i qədər olacağını proqnozlaşdırır.
Hazırda Türkmənistan yalnız Çinə "mavi yanacaq" ixrac edir. Bu ölkə hər il Türkmənistandan ildə 35-40 mlrd. kub metr qaz alır.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 10 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























