İnternet trafiki 2021-də üç qatına çıxacaq
ABŞ-ın beynəlxalq şəbəkə texnologiyaları şirkəti "Cisco", dünya üzrə internet trafiki həcminin 2021-ci ildə üç qatına çıxacağını bildirib.
"Marja" xəbər verir ki, "Cisco"nun "2017 Virtual Şəbəkə İndeksi" (VNI) adlı hesabatına görə, ötən il aylıq orta hesabla 73,1 exabyte olan dünya miqyasında internet trafikinin 2021-də 235,7 exabyte səviyyəsinə çataraq 3,2 dəfə artacağı bildirilib.
Hesabatda, keçən il adambaşına düşən aylıq ortalama internet istifadəsinin 12,9 gigabyte olduğu bildirilərək, bunun 2021-ci ildə 2,7 qatına çıxıb 35,5 gigabyte-a çatacağı vurğulanıb.
Keçən il 27,5 Mbps olan ortalama internet bağlantısı sürətinin 1,9 qatına çıxaraq 2021-də 53 Mbps olması nəzərdə tutulan hesabatda, internet istifadəçilərinin dünya əhalisinə nisbətinin də həmin dövrdə 44%-dən 58%-ə çıxmasının təxmin edildiyi bildirilib.
Mobil məlumat trafikinin 2016-2021-ci illərdə 7 dəfə artmasının gözlədiyinə işarə edilərək, keçən il 9,8 faiz olan mobil məlumat trafikinin qlobal internet trafiki içindəki payının da 2021-də 20,5 faiz səviyyəsinə çıxmasının nəzərdə tutulduğu bildirilib.
Həmçinin hesabatda, ötən il dünya miqyasında internet trafikinin 67%-nin video görüntülərindən ibarət olduğuna diqqət çəkilib. Bu nisbətin 2021-ci ildə 80%-ə yüksəlməsinin təxmin edildiyi məlumatına yer verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
5 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım



























