Gömrük Komitəsindən "xüsusi əməliyyat" xəbərinə münasibət
Dövlət Gömrük Komitəsi ötən gün bəzi saytlarda və sosial şəbəklərdə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin “Xocasən” gömrük postunda xüsusi əməliyyatın həyata keçirildiyi və gömrük əməkdaşlarının həbs olunduğu barədə məlumatlara münaibət bildirib.Ötən gün bəzi saytlarda və sosial şəbəklərdə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin “Xocasən” gömrük postunda xüsusi əməliyyatın həyata keçirildiyi və gömrük əməkdaşlarının həbs olunduğu barədə əsassız məlumatlar yayılıb.
Marja xəbər verir ki, bu, Komitənin yaydığı məlumatda bildirilir.
Komitə bildirir ki, yayılan məlumatda hətta guya həbs olunan əməkdaşların DGK rəhbərliyi ilə qohumluq əlaqələrinin olduğu iddiası ilə təxəyyül məhsullarını özündə ehtiva edən informasiyalar tirajlayıblar.
Komitədən qeyd edilib ki, gömrük sistemində aparılan islahatların əsas hədəflərindən biri də şəffafliğin təmin olunması, korrupsiya və digər qanunazidd əməllərin qarşısının alınmasıdır: “Son 4 ildə bu istiqamətdə nəzarət və mübarizə tədbirləri gücləndirilməklə yanaşı, mütəmadi olaraq gömrük əməkdaşları ilə profilaktik işlər aparılır, Dövlət Gömrük Komitəsinin müvafiq qurumları müstəqil olaraq, eyni zamanda aidiyyəti digər dövlət orqanları ilə birlikdə xüsusi əməliyyatlar keçirir və bu barədə ictimaiyyət ətraflı məlumatlandırılır”.
Bildirilib ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən növbəti əməliyyat tədbiri Bakı Baş Gömrük İdarəsinin “Xocasən” gömrük postunda həyata keçirilib və hazırda Komitənin aidiyyəti strukturları tərəfindən aparılan müvafiq araşdırmalar davam etdirilir.
"DGK bir daha vətəndaşlara və sahibkarlara müraciət edərək gömrük sistemində qarşılaşdıqları hər hansı qanunsuzluq, korrupsiya və rüşvət halları ilə bağlı kimliyindən və rütbəsindən asılı olmayaraq Komitəyə və ya digər hüquq-mühafizə orqanlarına məlumat verməyi xahiş edir.
O cümlədən, hər kəsi Dövlət Gömrük Komitəsinin fəaliyyəti ilə bağlı yanlış məlumatlar yaymamağa, gömrük orqanlarınn fəaliyyətinə kölgə salmamağa çağırırıq. Xatırladaq ki, qanunun tələblərinə əməl etməmək qanun qarşısında məsuliyyət yaradır, deyə Komitənin məlumatında deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
54 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
55 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
1 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
















.jpg)








