Əmək Məcəlləsinə "məcburi məzuniyyət" anlayışı daxil ediləcək
“Məzuniyyətin 4 növü var”.
Bunu “Sosial saat” verilişində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov deyib.
O bildirib ki, məzuniyyətin məqsədi işçinin il ərzində sərf etdiyi enerjini bərpa etməkdir:
“Əmək Məcəlləsində hazırda məzuniyyətə görə məcburilik tələbi yoxdur. Amma hər ilin əvvəlində həmin ilin məzuniyyət qrafiki təsdiq edilir. Bəzən işçilər məzuniyyətə getmək istəmir. Biz bu problemin aradan qaldırılması ilə bağlı da Əmək Məcəlləsinə dəyişiklik layihəsi hazırlamışıq. Dəyişikliklərə əsasən, məcburi məzuniyyətlə bağlı hallar müəyyən edilir. Kiminsə məzuniyyətə getməmək halından sui-istifadə edə bilməməsi üçün bu dəyişiklik hazırlanır. Məzuniyyətin digər təqvim ilinə keçirilməsi üçün hallar müəyyən edilir. Üçüncü dəyişiklik isə məzuniyyətdən istifadə edilmədiyi hallarda kompensasiyanın ödənilməsi ilə bağlıdır. Yəni birbaşa olaraq məcburilik hazırda yoxdur, amma məzuniyyət hüququ müəyyən edilib. Burada hər iki tərəfin məsuliyyəti var. Ya məzuniyyətdən istifadə etməli, ya növbəti ilə keçirilməlidir, ya da kompensasiya ödənilməlidir. Əgər işçi əmək məzuniyyətində olarkən əmək qabiliyyətini itirərsə, onun məzuniyyət günləri işçinin təşəbbüsü ilə digər iş ilinə və təqvim ilinə keçirilə də bilər”.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























