Azərbaycanda xurma bağlarının güzəştli sığortası başlayıb – ŞƏRTLƏR, MƏBLƏĞLƏR, MİSALLAR
Aqrar Sığorta Fondu dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə xurma bağlarının güzəştli sığortasına başlayıb.
Fonddan verilən məlumata görə, artıq xurma bağlarının sahibləri öz təsərrüfatlarını və məhsullarını dövlətin dəstəyi ilə güzəştli şərtlərlə sığorta edə bilərlər.
Xatırladaq ki, Nazirlər Kabinetinin 22 dekabr 2021-ci il tarixli qərarı ilə aqrar sığotanın əhatə etdiyi bitkilərin sayı 14-dən 41-ə qaldırılıb, o cümlədən əksər meyvələr, o cümlədən xurma bu siyahıya daxil edilib.
Xurma – Azərbaycanda geniş yayılmış və fermerlərə böyük qazanc gətirən meyvədir. Hazırda ölkədə ümumilikdə 13 min hektardan artıq xurma bağı var. Ən çox xurma əkinləri Göyçay, Şəmkir, Ağdaş, Xaçmaz, Ucar, Balakən, Goranboy, Samux, Bərdə, Ağcabədi və Zaqatala rayonlarındadır.
Xurma xaricə ən çox ixrac olunan və ölkəyə valyuta gətirən məhsullardandır. 2021-ci ildə xurmanın ixracı Azərbaycana 126 milyon dollar vəsait gətirib.
Dövlət dəstəkli aqrar sığorta xurma və digər meyvələri dolu; yanğın; zəlzələ, torpaq sürüşməsi; qasırğa; fırtına; sel və subasma; leysan; ildırım; şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları; üçüncü şəxslərin hərəkətləri və sair risklərdən qoruyur.
Sığorta haqqının 50%-ni, yəni yarısını fermerə dəstək üçün dövlət ödəyir.
Xürma bağları üzrə sığorta haqqı regiondan, məhsuldarlıq göstəricisindən və məhsulun qiymətindən asılı olaraq dəyişir. Ölkənin müxtəlif regionlarında xurmanın baza zərfi üzrə sığorta tarifləri 2,14%-4,36% arasındadır.
Misal. 1 hektar xurma bağının sığortası:
1 hektar sahədən gözlənilən məhsuldarlıq miqdarı – 100 sentner, 1 sentner məhsulun bazar qiyməti – 40 manat olarsa, sahədən gözlənilən məhsulun ümumi dəyəri - sığorta məbləği 4 000 manat təşkil edir.
Bu sahənin baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı olaraq 86-174 manat arasında dəyişir. Fermer bu məbləğin yalnız yarısını – 43-87 manatını ödəyir, qalan hissəni dövlət ödəyir.
Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, sığorta ödənişi 3 600 manat təşkil edir.
Əlavə sığorta haqqı ödəməklə meyvələri şaxtavurma (donvurma) riskindən, dolu vurması nəticəsində baş verən keyfiyyət itkisindən, eləcə də bitki xəstəlikləri, zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin vurduğu zərərdən də sığortalamaq olar.
Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə xurma ilə yanaşı, xurma, alma, armud, alça, albalı, gilas, ərik, şaftalı (nektarin), çiyələk, gavalı və heyva bağlarını da aqrar sığorta vasitəsilə sığortalamaq mümkündür.
Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür.
Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
3 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)






.jpg)




.jpg)






