Azərbaycanda koronavirusun ən çox yayıldığı bölgələr açıqlanıb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.
Ölkədə virusa yoluxanların 52,3 %-i Bakının payına düşür.
Yoluxma göstəricisi Abşeronda 13,3 %, Aranda 12,9 %, Gəncə-Qazaxda 7,7 %, Quba-Xaçmazda 3,6 %, Şəki-Zaqatalada 3,5 %, Lənkəranda 2,5 %, Dağlıq Şirvanda 2,2 %, Yuxarı Qarabağda 1,6 %, Naxçıvan Muxtar Respublikasında 0,5 %-dir.
Ölkə xaricindən gələnlərdə yoluxma halı 0,5 % təşkil edir.
Bakıda ən çox yoluxma Binəqədidə qeydə alınıb
Bakıda koronavirus infeksiyasının ən geniş yayıldığı ərazilər məlum olub. Paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb.
Bakıda aşkarlanan yoluxma faktlarının 14,5 %-i bu rayonun payına düşür.
Sonrakı yerlərdə 13,5 %-lə Xətai, 11,8 % Yasamal, 11,6 %-lə Sabunçu, 8,4 %-lə Suraxanı, 7,9 %-lə Nərimanov, 7,7 %-lə Nəsimi və Xəzər, 7,1 %-lə Nizami, 5 %-lə Səbail, 4,4 %-lə Qaradağ, 0,5 %-lə isə Pirallahı qərarlaşıb.
Azərbaycanda COVID-19-a yoluxanların 51 %-i qadınlardır
Azərbaycanda koronavirusa yoluxanların cinsə görə bölgüsü açıqlanıb.
Yoluxanlar arasında qadınlar üstünlük təşkil edir. Belə ki, COVID-19-a yoluxanların 51 faiz qadın, 49 faiz isə kişilərdir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
3 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
3 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT investorlara illik 18% gəlir təklif edir
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
Ən çox oxunanlar
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
























