Neft qiymətləri 50 dolların üzərində qalmaqda çətinlik çəkir
Özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutunun (API) məlumatlarına görə, ABŞ-da ötən həftə xam neft ehtiyatları 4.62 milyon barrel düşüb, benzin ehtiyatları isə 4.08 milyon barrel artıb. Çərşənbə günü açıqlanacaq rəsmi məlumatların neft ehtiyatlarının ardıcıl beş həftə düşdüyünü göstərəcəyi gözlənilir. ABŞ-da ehtiyatlar azalsa da, hasilat artır.
"Marja" xəbər verir ki, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və digər bəzi istehsalçılar hasilatlarını azaldırlar. Lakin ABŞ-da artan istehsal ilə, qiymətlər 50 dolların üzərində qalmaqda çətinlik çəkir. Enerji İnformasiya İdarəsinin Çərşənbə axşamı açıqlayacağı aylıq Qısamüddətli Enerji Mənzərəsi hesabatında, Amerikada xam neft hasilatının 2018-ci ildə gündə orta hesabla 10 milyon barelin üzərinə çıxacağının və təxminən 50 ilin rekordunu qıracağının qeyd olunacağı gözlənilir.
Hazırda ABŞ-da tələbatın yüksək olduğu dövrdür və bu səbəbdən neftbazalardakı ehtiyatlar azalır. Lakin artan hasilat (təklif) tələbdəki artımı üstələyir.
Bakı vaxtı ilə saat 08:20-yə olan məlumata görə, Qərbi Texas nefti (WTI) 48.08 dollardan, Brent nefti 50.03 dollardan alıcı tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 11 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























