Azərbaycanda bank kartlarının sayında yeni rekord
Azərbaycanda bank kartlarının sayı 11 milyon ədədi keçərək yeni rekord qırıb.Azərbaycanda ödəniş kartlarının sayının artması 2021-ci ilin dekabr ayında da davam edib.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, ödəniş kartlarının ümumi sayı noyabr ayının sonu ilə müqayisədə dekabr ayı ərzində 182 min ədəd artaraq 11 milyon 40 min ədədə çatıb. Ödəniş kartlarının sayı 2021-ci ilin iyul ayında 10 milyon ədədi keçərək 10 milyon 51 min ədədə çatmışdı. Beləliklə, ötən ilin 2-ci yarısında ödəniş kartlarının sayı 1 milyon ədədə yaxın artıb.
2020-ci il ilə müqayisədə, 2021-ci il ərzində (yanvar-dekabr) ödəniş kartlarının ümumi say 1 milyon 810 min ədəd artıb.
Dekabr ayında sosial kartların sayı 45 min ədəd azalaraq 3 milyon 469 min ədədə, əməkhaqqı kartlarının sayı 35 min ədəd azalaraq 2 milyon 591 min ədədə düşüb. Sosial və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı 233 min ədəd artaraq 3 milyon 585 min ədədə, kredit kartlarının sayı isə 29 min ədəd artaraq 1 milyon 395 min ədədə çatıb.
Ötən il ərzində (yanvar-dekabr dövründə) sosial kartların sayı 26 min ədəd, əməkhaqqı kartlarının sayı 90 min ədəd, sosial və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı 1 milyon 392 min ədəd, kredit kartlarının sayı isə 302 min ədəd artıb.
Qeyd edək ki, 2020-ci il ərzində cəmi ödəniş kartlarının sayı 1 milyon 964 min ədəd artmışdır. 2019-cu ilin sonunda cəmi ödəniş kartlarının sayı 7 milyon 266 min ədəd təşkil etmişdi. Həmin il artımın böyük hissəsi pandemiya ilə əlaqədar dövlət yardımlarının alınması üçün əldə edilən kartlar ilə əlaqədar idi.
2020-ci il ərzində sosial kartların sayı 1 milyon 60 min ədəd, əməkhaqqı kartlarının sayı 185 min ədəd, digər debet kartlarının sayı 424 min ədəd, kredit kartlarının sayı isə 210 min ədəd artmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 1 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)









.jpg)






