"Bank of America": 2022-ci ildə Türkiyədə orta inflyasiya 52,6% olacaq
"Bank of America" türk lirəsinin ucuzlaşmasının kredit genişlənməsi ilə bağlı olacağını bildirib. Həmçinin Bank valyuta ilə qorunan türk lirəsi əmanətlərinin maliyyə cəhətdən dayanıqlı olmadığını vurğulayıb."Bank of America" (BofA), dərc etdiyi araşdırma hesabatında Türkiyədə inflyasiyanın 2022-ci ildə orta hesabla 52,6%, ilin sonunda isə 40% olacağını qeyd edib.
Marja xəbər verir ki, inflyasiyanın azaldılması üçün xərcləri azaldacaq fiskal tədbirlər və ƏDV endirimlərinin ola biləcəyini ifadə edən BofA, bu cür tədbirlərin məzənnədən asılı olan qiymətlərə məhdud təsir göstərəcəyini və maliyyə yükü yaradacağını vurğulayıb.
Artan məzənnə və inflyasiya səbəbindən real sektorun maliyyə ehtiyaclarının əhəmiyyətli dərəcədə artdığına diqqət çəkən Bank, Mərkəzi Bankın faizinin aşağı düşməsinə baxmayaraq banklarda faiz dərəcələrinin artdığına diqqət çəkib.
“Valyuta ilə qorunan əmanətlər maliyyə cəhətdən dayanıqlı deyil”
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının birbaşa valyuta müdaxiləsi ilə cəmi 7,3 milyard dollarlıq satış həyata keçirdiyini bildirən BofA, açıqlanan valyuta ilə qorunan türk lirəsi əmanətlərinin ehtiyac yaranarsa daha çox ehtiyatın istifadə oluna biləcəyini qeyd edib.
BofA valyuta ilə qorunan türk lirəsi əmanətlərinin mənfi real faiz dərəcələrindən doğan problemləri həll edə bilməyəcəyini və maliyyə cəhətdən dayanıqlı olmadığını vurğulayıb.
Türk lirəsindəki likvidlik çətinliyinin kredit zəmanət fondu və dövlət banklarına sərmayə qoyuluşları ilə həll edilə biləcəyini qeyd edən BofA bunun türk lirəsinin dəyər itirməsini artıra biləcəyini vurğulayıb.
“Türk lirəsinin ucuzlaşması kredit genişlənməsi ilə bağlıdır”
Real sektora verilən kreditlərin ikinci dərəcəli təsirlərinə nəzarət etməyin çətin olacağını bildirən Bank, türk lirəsinin bu səbəbdən dəyər itirməyə davam edəcəyini düşündüklərini, lakin bunun sürəti kreditin genişləndirilməsinin vaxtından və məbləğindən asılıdır.
Yüksək enerji qiymətləri nəzərə alınaraq, tələbi azaltmadan Türkiyənin cari balansının müsbətə çevrilməsi mümkün deyil. BofA-ya görə, siyasətçilərin kredit genişlənməsi yolu ilə yüksək iqtisadi artım sürətinə çatma hədəfi cari kəsiri artıra və Dollar/TL məzənnəsinə yuxarı istiqamətdə təzyiq yarada bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
7 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)











.jpg)





