"Yeni Fikir 2017" müsabiqəsinin final və mükafatlandırma mərasimləri keçiriləcək
Bakı Mühəndislik Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı, o cümlədən dövlət və özəl sektorun digər maraqlı tərəflərinin tərəfdaşlığı ilə keçirilən "Yeni Fikir 2017" startap müsabiqəsinə (YFM) bu ilin mart ayında start verilib. (Bütün tərəfdaşlar: http://yenifikir.az/az/pages/Terefdashlar-61.html)
"Yeni Fikir " startap müsabiqəsi intellektual kapitalın və innovativ sahibkarlığın, o cümlədən təşəbbüskarlığın inkişafı etdirilməsi məqsədi ilə təşkil edilir.
"Yeni Fikir 2017" startap müsabiqəsində 148 startap layihəsi iştirak edib ki, onlardan 35-i yarımfinala vəsiqə qazanıb. May ayının 26-da Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkında (AMEA YTP) keçirilən yarımfinal mərhələdə 35 layihədən 11-i finala vəsiqə qazandı. Yuxarıda qeyd olunduğu kimi, iyunun 9-da isə , müsabiqənin final mərhələsi (saat 10:00-12:40) keçiriləcək. Finalın nəticələrinə görə 5 layihə qalib seçiləcək ki, həmin qaliblərə - 1-ci yerə AMEA YTP tərəfindən 10000 manat, 2-ci yerə "Azedunet MMC" şirkəti tərəfindən 5000 manat, 3-cü yerə "Enginet MMC" şirkəti tərəfindən 2500 manat pul mükafatları veriləcək. Bundan başqa, qaliblərə Silikon Vadisinə (ABŞ/SanFransisko) gediş-gəliş avia bilet ("Baku Holiday Travel" turizm şirkəti tərəfindən) və digər mükafatlar veriləcək. (Bütün mükafatlar haqqında: http://yenifikir.az/az/pages/Mukafatlar-26.html)
"Yeni Fikir 2017" startap müsabiqəsinin final (saat 10:00-12:40) və mükafatlandırma (saat 15:00-16:30) mərasimləri 2017-ci il iyunun 9-da Bakı Mühəndislik Universitetində keçiriləcək. Final və mükafatlandırma mərasimlərində arzu edən və maraqlanan hər kəs iştirak edə bilər. (Ətraflı: http://yenifikir.az/az/pages/FiNAL-2017-56.html)
Xatırladaq ki, 2013-cü ildən etibarən ildə bir dəfə keçirilən "Yeni Fikir " startap müsabiqəsidə öz iş fikri ilə biznesini qurmaq istəyənlər iştirak edir. Hazırda 5-ci dəfə keçirilən "Yeni Fikir " startap müsabiqəsinə cəmi 842 layihə cəlb edilmişdir. Müsabiqədə qalib gələn layihələrin inkişafı ilkin maliyyə dəstəyi, inkubasiya və akselerasiya xidmətləri ilə dəstəklənir.
"Yeni Fikir 2017" startap müsabiqəsi ilə əlaqədər məsul şəxs:
Dos. İsa Qasımov /"Yeni Fikir 2017" startap müsabiqəsi layihəsinin rəhbəri/
Telefon: +994 12 3499966-67 (daxili 3204) Mobil: +994 (55) 768 02 45
E-poçt: [email protected]
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 12 d. əvvəl
-
-
1 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























