Avrozona inflyasiyasında yeni rekord
Ötən ilin dekabr ayında Avro zonasında illik inflyasiya noyabr ayı ilə müqayisədə 0,1 faiz bəndi artaraq 5%-ə çatıb və 1991-ci ilin avqust ayında qeydə alınmış rekordu yeniləyib.Avro zonasında inflyasiya dekabrda yeni rekord qırıb.
Marja xəbər veri rki, Avropa Mərkəzi Bankının (ECB) yüksəlişin müvəqqəti olduğuna dair fikirlərinin əksinə olaraq, dekabr ayında inflyasiya rekord qıraraq yüksəlişini davam etdirib.
Dekabrda istehlak qiymətləri illik müqayisədə 5% artıb. İnflyasiya əvvəlki ay illik 4,9 faiz artaraq rekord qırmışdı. Bloomberg-in sorğusuna qatılan iqtisadçıların orta proqnozu 4,8 faiz təşkil edirdi.
Ərzaq və enerji istisna olmaqla istehlak qiymətləri indeksi noyabr ayında olduğu kimi illik 2,6 faiz artıb.
ECB sədri Kristin Laqard (Christine Lagarde) keçən ay inflyasiyanın bir müddət daha yüksək qalacağını və sonra 2 faizlik hədəfə düşəcəyini bildirmişdi. Laqard qiymət artımına ən doğru cavabın faizin artırılması olmayacağını bildirib. Buna baxmayaraq, bazarlar ilin sonuna qədər faizin artırılacağını gözləyirlər.
Bölgədə təbii qazın bahalaşması problemi davam edir. Bu artım enerjidən asılı olan sektorlarda istehsalı təhdid edir. Omikron variantının qiymətləri qaldıracağı ilə bağlı narahatlıqlar da var.
ECB İdarə Heyətinin üzvü Martins Kazaks bu həftə verdiyi açıqlamada inflyasiyanın sürətlənəcəyi təqdirdə bankın lazımi addımları atacağını bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
















.jpg)








