Türkiyənin ən böyük pivə istehsalçısının adı ilə Azərbaycanda şirkət yaradılıb
Türkiyənin ən böyük pivə istehsalçısı "Anadolu Efes" şirkətinin adı ilə Azərbaycanda şirkət yaradılıb.
Marja.az xəbər verir ki, Dövlət Vergi Xidməti "Anadolu Efes Biracılık ve Malt Sanayii" Məhdud Məsuliyyətli Cəmiyyətini dövlət qeydiyyatına alıb.
Şirkətin qanuni təmsilçisi Nəbiyev Cavid Nizami oğludur. Şirkətin hüquqi ünvanı Bakı, Nizami rayonu, İlham Məmmədov ev 2 m 56-dır.
"Anadolu Efes Biracılık ve Malt Sanayii A.Ş" pivə və alkoqolsuz içkilər istehsal edir.
"Anadolu Efes" 1969-cu ildə İstanbul və İzmirdə qurulan iki pivə zavodu ilə fəaliyyətə başlayıb. "Anadolu Efes" qısa zamanda Türkiyənin ən böyük pivə istehsalçısı olub. 2012-ci ildə şirkət “SAB Miller” ilə strateji tərəfdaşlıq qurmuşdur. 2016-cı ildə "SAB Miller"in dünyanın ən böyük pivə istehsalçısı "Anheuser-Busch InBev" (AB InBev) tərəfindən satın alınması ilə "Anadolu Efes"in 24%-lik payı "AB InBev"ə keçib.
"Anadolu Efes" beynəlxalq pivə əməliyyatlarını Hollandiyada qurulan 100% törəmə şirkəti "Efes Breweries International N.V." ilə həyata keçirir. Şirkət həm Türkiyədə və həm də beynəlxalq bazarlarda "Coca-Cola" əməliyyatlarını həyata keçirən "Coca-Cola İçecek A.Ş"nin (“CCI”) əsas səhmdarıdır.
Avropanın 5-ci, istehsal həcminə görə isə dünyanın 10-cu pivə şirkəti olan "Anadolu Efes", satış gəlirlərinin üçdə ikisindən çoxunu xarici bazarlardan əldə edir.
Qeyd edək ki, İsmayıllıda “Coca-Cola” və “Efes” məhsulları istehsal edəcək zavod tikiləcək.
XXX
"ANADOLU EFES BİRACILIK VE MALT SANAYİİ" Məhdud Məsuliyyətli Cəmiyyəti
VÖEN: 1604573781
Təşkilati-hüquqi forması: Məhdud məsuliyyətli cəmiyyət. Hüquqi ünvanı: AZ1030, BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, İLHAM MƏMMƏDOV ev.2 m.56. Nizamnamə kapitalı: 10 manat. Maliyyə ili: 01 Yanvar - 31 Dekabr. Qanuni təmsilçi: NƏBİYEV CAVİD NİZAMİ OĞLU. Dövlət qeydiyyatına alındığı tarix: 11 Noyabr 2021.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 18 d. əvvəl
-
- 24 d. əvvəl
- 33 d. əvvəl
-
44 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 48 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)
.jpg)



.jpg)



.jpg)







