"Türk lirəsi dəyər itirdikcə hökumət daha çox lirə çap etmək məcburiyyətində qalacaq"
Xəbər verdiyimiz kimi, Türkiyədə əhalinin dollar alışını azaltmaları və vəsaitlərini Türk Lirəsində saxlamaları üçün məzənnəyə bağlı (indeksli) Türk lirəsi depozit məhsulu (aləti) iistifadəyə verilib. Yeni məhsul üzrə əmanət hesablarını 3, 6, 9 və 12 ay müddətlərinə açmaq mümkün olacaq. Müddətin sonunda məzənnənin dəyişməsinin faiz nisbəti əmanətin faizindən yüksək olması vəziyyətində yaranacaq fərq müştərinin hesabına TL-də olmaqla Maliyyə Nazirliyi tərəfindən köçürüləcək. Müddətdən əvvəl hesabdan pul çıxarılması vəziyyətində hesab müddətsiz hesaba çevriləcək, faiz almaq haqqı ortadan qalxacaq.
Məlumata görə, əmanətin açılış günü və son müddəti dövründə məzənnənin dəyişməsu nisbəti müqayisə ediləcək. Əgər məzənnənin artım nisbəti (Dolların bahalaşması faizi) əmanətin faizindən yüksək olarsa aradakı fərq təzminat olaraq əmanətçiyə ödəniləcək.
"Türk lirəsi üçün müvəqqəti bir rahatlama təmin edəcək, lakin iqtisadiyyatdakı struktur problemlərini dəyişdirə bilməz"
Marja.az "Bloomberg"ə istinadən xəbər verir ki, "Medley Advisor"un İnkişaf edən bazarlar departamentinin Direktoru Nick Stadtmiller, yeni alət ilə əlaqədar, "problem - Türk lirəsi dəyər itirdikcə hökumət əmanət sahiblərinin zərərlərini qarşılamaq üçün daha çox Türk lirəsi çap etmək məcburiyyətində qalacaq", - deyib.
"Bu (daha çox pul çapı - red), Türk lirəsinin ucuzlaşmasını daha da artıracaq", - deyən Stadtmiller, yeni maliyyə alətinin işə yaraması halında planın da işə yaracağını, amma alətin işləməməsi halında Türk lirəsinin daha da çox dəyər itirəcəyini ifadə edib.
Stadtmiller bu alətin Türk lirəsi üçün müvəqqəti bir rahatlama təmin edəcəyini, lakin iqtisadiyyatdakı struktur problemlərini dəyişdirə bilməyəcəyini vurğulayıb.
"Yeni plan xərclidir"
"TD Securities"dən Cristian Maggio da hökumətin dolların məzənnəsi yüksələn zaman əmanətçilərin zərərlərini kompensasiya etmək planının çox xərcli və davamlı olmayacağını bildirib.
Dollar/TL məzənnəsi 11 səviyyəsindəykən Türk lirəsində əmanətlərin 241 milyard dollara qarşılıq gəldiyini vurğulayan Maggio, "Məzənnə 18 səviyyəsinə yüksəlsə Türk lirəsindəki əmanətlər 148 milyard dollara qarşılıq gəlir. Yəni, hökumət Bazar ertəsi günkü kimi bir məzənnə hərəkətini kompensasiya etmək istəsə bunun xərci 94 milyard dollar ətrafında olacaq. Yeni alət davamlı olmayacaq", - deyib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
4 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























