Rusiya Mərkəzi Bankı faiz artırdı
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 2017-ci ildən bəri ən yüksək səviyyəyə çatdırdı.Rusiya Mərkəzi Bankı faiz qərarını açıqladı.
Marja.az xəbər verir ki, Bank faizini 1 bənd artıraraq 7,50% səviyyəsindən 8,50% səviyyəsinə qaldırıb. Beləliklə, 2021-ci ilin əvvəlindən bu yana Rusiyada 4,25 bəndlik faiz artımı reallaşıb.
İqtisadçıların proqnozu da faizin 8,50% səviyyəsinə çatdırılacağı istiqamətində idi.
Rusiyada uçot dərəcəsi, 2017-ci ilin oktyabrından bəri ən yüksək səviyyəsinə çatıb.
Tənzimləyici inflyasiyanın sürətlənməsi və rusların inflyasiya gözləntilərinin kəskin artması fonunda pul siyasətini sərtləşdirməyə davam edir.
Bank qarşıdakı yığıncaqlardan birində faiz əlavə artırılmasının mümkün olduğunu bildirib.
Qeyd edək ki, Rusiyada da inflyasiya sürətləndiyindən Mərkəzi Bank faizini artırır.
“İstehsal həcminin artırılması imkanları ilə müqayisədə tələbin daha sürətli genişlənməsi səbəbindən sabit amillərin inflyasiyaya töhfəsi əhəmiyyətli olaraq qalır. Bu şəraitdə və artan inflyasiya gözləntiləri nəzərə alınmaqla, inflyasiya riskləri balansı əhəmiyyətli dərəcədə pisləşib, inflyasiyanın hədəfdən daha da yuxarıya qalxmasına səbəb ola bilər”, - Rusiya Bankı bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)




