Bu gün Fed mühüm qərarlarını açıqlayacaq
Bu gün ABŞ Mərkəzi Bankı (Fed) növbəti faiz qərarını açıqlayacaq.
Marja xəbər verir ki, Fed faiz qərarını Bakı vaxtı ilə saat 23:00-da açıqlayacaq. Qlobal iqtisadiyyat üçün həftənin ən mühüm mesajlarının veriləcəyi Fed sədri Cerom Pauelin (Jerome Powell) mətbuat konfransı isə 23:30-da başlayacaq.
ABŞ-da inflyasiya təxminən 40 ilin ən yüksək səviyyəsinə çatıb. Bununla əlaqədar olaraq Fed-in monetar təşviqlərini dayandırmağı sürətləndirəcəyi və pul siyasətini sərtləşdirəcəyi gözlənilir.
Fed-in bu gün sona çatacaq iki günlük yığıncağında faizin dəyişdirməyərək sıfır səviyyəsinə yaxın (0,25%) saxlayacağı gözlənilir. Fed ehtimalla qiymətli kağız alışlarını azaltmaq sürətini artıra bilər. Pandemiya ilə əlaqədar olaraq tətbiq edilən təşviqlərin mərhələli şəkildə ləğv edilməsinin, 2022-ci ildə faizin artırılması üçün zəmin yaradacağı bildirilir.
Bloomberg-in iqtisadçılar arasında keçirdiyi sorğuya görə, Fed ehtimalla 2022-ci ildə iki və 2023-cü ildə üç dəfə faiz artırmağı nəzərdə tutacaq.
Bloomberg Economics-in iqtisadçıları deyiblər: "1982-ci ildən bu yana ən yüksək səviyyədə reallaşan inflyasiya və güclü əmək bazarına dair bəzi işarələr nəzərə alındıqda, Fed ehtimalla, həm yığıncaqdan sonra təşkil ediləcək mətbuat konfransında, həm də açıqlama və təxminlərində "şahin" mövqe ortaya qoyacaq. Qiymətli kağız alışlarının daha sürətli azaldılması (mövcud sürətin iki dəfə artırılması) gözlənilir. Bizim üçün olmasa da bazar üçün daha çaşdırıcı məsələ, Fed-in indi nə qədər sürətli və nə qədər yüksək faiz artımları istədiyi ola bilər".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
20 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 27 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)














.jpg)
