BTC 500 milyon ton neft ixracını qeyd edir
bp-nin əməliyyatçısı olduğu Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac boru kəməri Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Ceyhan terminalına ümumilikdə 500 milyon ton neft nəql edib.
Bu barədə bp şirkəti məlumat yayıb.
Məlumatda qqeyd edilib ki. BTC vasitəsilə nəql edilmiş Xəzər neftinin 500 milyonuncu tonu 12 dekabr tarixində SOCAR-ın nefti yüklənmiş “Nordorse” adlı və sayca 4922-ci olan tankerə yüklənərək Triestə (İtaliya) yola salınıb.
500 milyon ton neft ixracı 2006-cı ildə istismara verilmiş BTC boru kəmərinin 15-ci ildönümünə təsadüf edən mühüm bir hadisədir. Bu 15 il ərzində BTC boru kəməri Xəzər neftini təhlükəsiz, etibarlı, sakit və ekoloji cəhətdən minimum risklə dünya bazarlarına nəql edib.
İstismara veriləndən bəri BTC boru kəməri müstəsna səmərəlilik nümayiş etdirib və texniki təhlükəsizlik və istismar baxımından yüksək göstəricilərə nail olub. Onun səmərəliliyi və istismar etibarlılığı ilk dövrlərdəki 75%-dən artaraq hazırkı 99,9% səviyyəsinə çatıb.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: “500 milyon ton neft ixracı BTC boru kəmərinin 15-illik sabit və səmərəli fəaliyyətinin nəticəsidir. Uzun müddət keçməsinə baxmayaraq BTC qapalı Xəzər hövzəsi ilə dünya bazarlarına asan çıxışı olan Aralıq dənizi arasında birbaşa strateji əlaqə yaratmaqla regionun əsas enerji ixrac arteriyası olmaqda davam edir.
BTC-nin inşası özlüyündə nəhəng mühəndislik nailiyyətidir və öz sabit, təhlükəsiz, etibarlı və məsuliyyətli əməliyyatları ilə bu boru kəməri istismar səmərəliliyinin və dünya səviyyəli fəaliyyətin də gözəl nümunəsidir. Biz hamımız BTC-nin uğur hekayəsi ilə, o cümlədən üç ölkə boyunca insanların və icmaların həyatına gətirdiyi böyük müsbət dəyişikliklərlə qürur duymalıyıq. BTC həqiqətən də hər mənada möhtəşəm bir ixrac sistemidir və onun əldə etdiyi nailiyyətlər bizdə qürur hissi oyadır. Bu dünya səviyyəli kəmərin üç ölkə boyunca gecə-gündüz təhlükəsiz və sakit fəaliyyət göstərməsi üçün çalışan bütün insanlara çox təşəkkür edirəm. Mən həmçinin göstərdikləri dəstəyə və uğurlu əməkdaşlığa görə BTC-nin səhmdarlarına da öz minnətdarlığımı bildirirəm.”
BTC Ko.-nun səhmdarları: bp (30,10%); AzBTC (25,00%); MOL (8,90%); Ekvinor (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.
BTC üzrə bəzi əsas faktlar və rəqəmlər
- Uzunluğu 1768km olan BTC boru kəməri Xəzər regionundan Aralıq dənizinə təhlükəsiz və məsuliyyətli şəkildə xam neft ixrac etmək üçün inşa edilib.
- Tikinti mərhələsindən başlayaraq BTC regiona əhəmiyyətli faydalar gətirib və müsbət dəyişikliklərə yol açıb.
- BTC boru kəməri Bosfordan yan keçməklə, neftin onsuz da yüksək hərəkət sıxlığı olan boğazlar vasitəsilə nəqlinin və bununla bağlı ekoloji risklərin azaldılmasına xidmət edib.
- BTC boru kəməri Azərbaycan, Gürcüstan, Türkiyə və qərb ölkələri arasında iqtisadi və siyasi əlaqələrin güclənməsinə dəstək verməklə tranzit ölkələrə mühüm gəlirlər gətirir.
- BTC layihəsi başlandığı vaxtdan boru kəmərinin marşrutu boyunca 550-dən çox icma ilə (750 000-dən çox insan) sıx işləməklə minlərlə sosial təşəbbüs həyata keçirilib və bu fəaliyyət gələcəkdə də davam edəcək.
- BTC-nin cari ötürücülük gücü gündəlik 1,2 milyon barel təşkil edir.
- Boru kəməri 46/42/34” diametrli borular vasitəsilə çəkilmişdir. Üç tranzit ölkə boyu kəmərin səkkiz nasos stansiyası və 98 siyirtmə stansiyası var.
- Boru kəməri Ceyhanda yenidən dəniz səviyyəsinə düşməzdən qabaq 2830 metr səviyyəsində ən yüksək nöqtəyə qalxaraq, bir neçə dağ silsiləsi, 3000 yol, dəmiryolu, yeraltı və yerüstü kommunikasiya xətləri, eni 500 metrədək çatan Ceyhan çayının keçidi də daxil olmaqla 1500-dən artıq su hövzəsi ilə kəsişir.
- Dünya miqyasında dövrünün ən böyük və ən mürəkkəb mühəndis-texniki nailiyyətlərindən biri hesab edilən BTC-nin tikintisinin tamamlanması üçün dörd il tələb olunmuşdur– layihə 2002-ci ilin iyul ayında təsdiqlənmiş və 2006-cı ilin may ayında başa çatmışdır.
- Tikininin ən qızğın dövründə bu işlərə 22000 nəfər cəlb olunmuş (bunların demək olar 80%-ni yerli işçilər təşkil etmişdir), 110 milyondan artıq adam-saat sərf edilmiş, tikintiyə xidmət edən maşınlarla 200 milyon kilometrdən artıq məsafə qət edilmiş – bu yer kürəsi ətrafında 10 dəfə dövrə vurmağa bərabərdir – və 220000 boru hissəsi qaynaq edilmişdir.
- BTC xam nefti Ceyhan terminalında ilk tankerə 4 iyun 2006-cı il tarixində yüklənmişdir - təqribən 600000 barel Azəri-Çıraq-Günəşli xam neftindən ibarət ilk həcmlər “British Hawthorn” tankerinə yüklənərək Ceyhan terminalından yola salınmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 9 d. əvvəl
-
- 37 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
-
1 saat əvvəl
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
2 saat əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
2 saat əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
3 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
Ən çox oxunanlar
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb






.jpg)















.jpg)
