ABŞ-da xam neft ehtiyatları azalıb, hasilat isə artıb
ABŞ-da kommersiya məqsədli xam neft ehtiyatları ötən həftə 6,4 milyon barrel azalıb.
"Marja" xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədə kommersiya məqsədli xam neft ehtiyatlarının ötən həftə 6,4 milyon barrel (1,2 faiz) azalaraq 509,9 milyon barelə düşdüyünü açıqlayıb. Bazar gözləntisi, ehtiyatların 2,5 milyon barrel azalması istiqamətində idi. Bir əvvəlki həftə də xam neft ehtiyatları 4,4 milyon barrel azalma qeyd etmişdi.
Beləliklə, ABŞ-da kommersiya xam neft ehtiyatları 8 həftə ardıcıl azalma qeyd edib.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji neft ehtiyatları da keçən həftə 1 milyon barrel (0,1 faiz) azalaraq 686,7 milyon barrelə enib.
ABŞ-ın həftəlik benzin ehtiyatları da sözügedən həftə 2,9 milyon barel (1,2 faiz) azalaraq 237 milyon barelə düşüb. Bazar gözləntisi 1,1 milyon barrel azalma olacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 0,8 milyon barrel azalma qeyd etmişdi.
Xam neft istehsalı 15 həftənin 14-ündə yüksəlib
Sözügedən dövrdə ABŞ-ın xam neft istehsalı, bir əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 22 min barrel artaraq 9,34 milyon barrelə çatıb. Beləliklə, ABŞ-ın xam neft hasilatı son 15 həftənin 14-ündə yüksəlib.
Ölkənin xam neft idxalı isə sözügedən həftə əvvəlkinə nisbətən, gündəlik orta hesabla 309 min barrel azalma ilə 7,98 milyon barrelə enib.
ABŞ-da neft ehtiyatları azalsa da, hasilatın artması ilə əlaqədar olaraq neft qiymətləri yüksəlməyib. Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Brent nefti 0,6% ucuzlaşma ilə 50,43 dollardan, ABŞ xam nefti isə 0,5% ucuzlaşma ilə 48,11 dollardan alıcı tapıb.
ABŞ-da ehtiyatlar azalarkən, istehsal və qazılan neft quyularının sayındakı artım, OPEC-in hasilatı azaltması qərarını təsirsiz edəcəyinə dair narahatlıqları artırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 8 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























