Qazaxıstanın ikinci böyük bankı da borcunu ödəməyə bilər
Azərbaycanda başlayan dalğa yayılır
"Borcunu ödəyə bilməyən Azərbaycan Beynəlxalq Bankından sonra Qazaxıstanın ikinci böyük bankı "Kazkommertsbank" üçün də "borc təbili" çalmağa başlayıb", - "Marja" xəbər verir ki, "Bloomberg" yazır.
Borcunu qaytara bilməyən və restrukturizasiya proqramı çərçivəsində borcunun 20%-nin silinməsi üçün çalışan Azərbaycan Beynəlxalq Bankının bu ağır halı, domino təsiri ilə Xəzər dənizilə həmsərhəd Qazax "Kazkommertsbank"a da sıçraya bilər.
Borc ödəməsinə iki həftə qalmış "Kazkommertsbank"ın 250 milyon dollar dəyərində istiqrazları ortalamadan aşağı əməliyyat olunur. Bank, cümə günü etdiyi açıqlamada sözügedən istiqraz ödəmələrini öz pulu ilə edəcəyini açıqlasa da, bankın qiymətli kağızları ucuzlaşır.
"Sberbank"ın analitiklərindən Aleksey Bulgakov, Bloomberg-ə verdiyi açıqlamada,, "Kazkommertsbank"ın açıqlamaları ilə bankın heç olmasa qısamüddətli öhdəliklərini qarşılayacaq likvidliyə malik olduğunu göstərməyi hədəflədyini söyləyib
NEFT QAZAXLARI DA VURDU
Neft qiymətlərinin iki ildə 50 faiz aşağı düşüməsi, keçmiş Sovet İttifaqının ikinci və üçüncü böyük istehsalçıları Qazaxıstan və Azərbaycan iqtisadiyyatını pis təsir etdi. Devalvasiyalara məcbur olarkən banklara etibar də sarsıdıldı.
Azərbaycan Beynəlxalq Bankı 3,3 milyard dollarlıq xarici borcunu ödəyə bilmədiyi günlərdə, "Kazkommertsbank"ın borcu 3,8 milyard dollara çatıb. Qazaxıstan bankının 2018-ci ildə 300 milyon dollar, 2022-dədə 750 milyon dollarlıq borc ödəməsi də var.
014-də iki dəfə borcunu ödəyə bilməz vəziyyətə düşmüş "BTA Bank"ın ödəməsini qəbul etdiyindən bu yana zəifləyən "Kazkommertsbank", xilasetmə planı çərçivəsində problemli aktivlər satın alaraq hökumətdən 2,4 trilyon tengə (7,7 milyard dollar) borc alıb.
"Kazkommertsbank", noyabrdan bu yana şirkət hesablarının üçdə bir azalmasına səbəb olan müştəri çıxışları ilə mübarizə aparır. Bu vəziyyət Qazax Bankının, Mərkəzi Bankdan mart ayı üçün 200 milyard tengəlik xüsusi krediti almasına maneə yaradır. Dövlət başçısı Nursultan Nazarbayev, noyabr ayında etdiyi bir açıqlamada Bankının çökməsinə icazə verməyəcəklərini açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 19 saat əvvəl
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?





















