Azərbaycan və İran arasında güzəştli ticarətə dair sənəd hazırlanır
İranda səfərdə olan Azərbaycan baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev bu ölkənin yol və şəhərsalma naziri Rüstəm Qasimi ilə görüşüb.
Ş. Mustafayev iki ölkə arasında əməkdaşlıq üçün geniş potensialın olduğunu bildirib.
Baş nazir Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasının Azərbaycanda keçirilməsi ilə bağlı müzakirə aparılacağını söyləyib: “Enerji sahəsində çoxsaylı layihələrimiz var, həmin layihələrin bəzisi artıq tamamlanmaq üzrədir. Avtomobil hissələrinin istehsalı, kənd təsərrüfatı və kənd təsərrüfatı avadanlıqları sahələrində də əməkdaşlıq edə bilərik".
Ş.Mustafayev qeyd edib ki, ötən 9 ayda iki ölkə arasında ticarət dövriyyəsi 22 faiz artıb: "Hazırda iki ölkə arasında güzəştli ticarət sahəsində əməkdaşlıq üçün sənəd hazırlanır. Azərbaycanda 100 İran şirkəti qeydiyyatdan keçib, onlar çox uğurlu layihələr icra edir. Digər tərəfdən, koronavirus pandemiyası bütün ölkələrin ticarət əlaqələrinə ziyan vurub, lakin pandemiya İran və Azərbaycan arasında ticarət əlaqələrinə təsir göstərməyib. Biz bu dövrdə tranzit əlaqələrimizi davam etdirmişik”.
İki ölkə arasındakı infrastrukturun inkişaf etdirilməsinin zəruriliyindən danışan Ş.Mustafayev bildirib ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsi çox önəmli layihədir: “Biz hazırda bu layihə üzərində işləyirik. Neft və qaz sahəsində əməkdaşlıq üçün də bu gün danışıq apardıq, işçi qrup da müzakirələrini davam etdirir. Yaxın gələcəkdə yaxşı işlərin şahidi olacağıq."
Hazırda Azərbaycandan İrana elektrik enerjisinin nəql olunduğunu deyən Ş.Mustafayev bildirib ki, Azərbaycan, İran və Rusiya elektrik xətlərinin birləşdirilməsi, Xudafərin layihəsi, gömrük, sərhəd və kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələrində iki ölkə arasında çox gözəl əlaqələr mövcuddur.
R.Qasimi görüşdə iki ölkəni dost və qardaş ölkə adlandırıb. "Bu müzakirələr əlaqələrimizi daha da inkişaf etdirəcək və iki ölkə arasındakı maneələrin aradan qalxmasına zəmin yaradacaq. Astara-Astara sərhədində avtomobil körpüsünün tikintisi, eləcə də Rəşt- Astara dəmir yolunun tamamlanması hər iki ölkə üçün önəmli layihələrdir. Biz bu görüşlərdə hər iki layihə haqqında müzakirə aparıb, müsbət nəticə əldə edəcəyik”.
Azərbaycanlı investorların Astara terminalında investisiya yatırdığını deyən R.Qasimi qeyd edib ki, iki tərəf Astarada (İran) da bir görüş keçirmək və bununla bağlı danışıqlar aparmaq barədə razılığa gəlib: “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclasından öncə bir dəfə də Astarada (Azərbaycan) görüş keçiriləcək. Bu görüşlərdə Naxçıvan-Məşhəd sərnişin qatarı, eləcə də nəqliyyat və tranzit məsələləri haqqında danışılacaq”.
İranın Azərbaycanla yük daşımalarını artırmaq niyyətində olduğunu nəzərə çatdıran R. Qasimi iki ölkə arasında Fars Körfəzi - Qara dəniz dəhlizi haqqında saziş, Azərbaycanda avtomobil istehsalı kimi məsələlərin də müzakirə olunacağını diqqətə çatdırıb: “İran avtomobil istehsalının 30 faizini Azərbaycanda həyata keçirməyə hazırdır. Müştərək istehsal ilə İran öz məhsulunu Azərbaycandan digər ölkələrə ixrac edə bilər”.
APA
Müştərilərin xəbərləri
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 19 saat sonra
-
-
29 d. əvvəl
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ
- 48 d. əvvəl
-
1 saat əvvəl
Qarabağdakı torpaqların sahibkarlara icarəyə verilməsi üzrə 4-cü investisiya müsabiqəsi elan olundu
-
2 saat əvvəl
“İnno Kapital”ın xalis mənfəəti 2,2 dəfə artıb – MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
-
2 saat əvvəl
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Click to Pay with Visa" — "Epoint"də onlayn "checkout" üçün yeni standart
-
2 saat əvvəl
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Qarabağdakı torpaqların sahibkarlara icarəyə verilməsi üzrə 4-cü investisiya müsabiqəsi elan olundu
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
SİMA rəqəmsal imza Birbank-da!
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Broyler şirkətinin xalis mənfəəti 24% artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Rəsmi məzənnələr açıqlandı
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır




















.jpg)

