Avropa bankından "DəmirBank"a böyük dəstək
Avropa Yenidənqurma və İnkişaf Bankı (European Bank for Reconstruction and Development, EBRD, AYİB) "Dəmirbank" ASC-yə 41 milyon dollar məbləğində dəstək vermək niyyətindədir. Bu barədə "BNE IntelliNews" bankdakı mənbələrinə istinadən yazır.
Hazırda EBRD "Dəmirbank"ın səhmlərinin 25%-nə sahibdir.
"Ötən ilin noyabr ayında "Fitch" beynəlxalq reytinq agentliyinin qiymətləndirilməsinə əsasən defolt həddində olan "Dəmirbank"a dəstək verərək EBRD bu banka öz inamını ifadə etmək niyyətindədir. Maraqlıdır ki, bu proses Azərbaycan Beynəlxalq Bankının defoltu və 11 bankın lisenziyasının ləğv olunması fonunda baş verir. Bu isə olduqca önəmlidir", - deyə agentlik yazır.
Ötən ilin noyabr ayında "Fitch" bankın uzunmüddətli defolt reytinqini "B-" səviyyəsindən "CCC"-dək, dayanıqlılıq reytinqi isə "ccc" səviyyəsindən "f"-dək endirib.
"BNE IntelliNews" qeyd edir ki, "Dəmirbank" 2016-cı il üzrə hesabatı açıqlamasa da "Fitch" bankdakı likvidlik səviyyəsinin aşağı olduğunu təsbit edib.
© APA,
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 13 saat sonra
-
-
43 d. əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
9 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
11 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"







.jpg)






.jpg)





