"Squid Game" serialı populyarlıq baxımından "Game of Thrones"u geridə qoydu
"Netflix"də yayımlanan Cənubi Koreya serialı "Squid Game", "YouTube"da əlaqəli videoların baxış sayına görə HBO-nun "Game of Thrones" serialını (“Taxt Oyunları”) geridə qoyub.
Marja xəbər verir ki, bu barədə cümə axşamı KBS telekanalı məlumat yayıb.
"Squid Game" videoları - rəsmi treylerlər və serialdan hissələr, eləcə də pərəstişkarların yaratdığı 131.000 müxtəlif uzunluqda videolardan ibarətdir. Noyabrın 10-na olan bu məzmuna baxışların ümumi sayı 17 milyardı keçib. Şərhlərin və “like”larin sayı 533 milyona çatıb. Məlumatlar səkkiz həftəlik dövrü əhatə edir.
HBO-nun ən böyük hiti sayılan “Taxt Oyunları” üzrə on il ərzində "YouTube"da 420.000 video toplanıb, ümumilikdə 16,9 milyard baxış olub. Videolar 233 milyon şərh və reaksiya alıb.
"Squid Game"in "Netflix"də sentyabrın 17-də premyerası olub və bir həftə sonra baxış sayına görə 1-ci yeri tutub. Serial təkcə qlobal reytinqə deyil, həm də ABŞ daxil olmaqla, əksər ayrı-ayrı ölkələrdə populyarlıq siyahılarına başçılıq edirdi. Serial, həyatı çıxılmaz vəziyyətdə olan insanların böyük pul mükafatı qazanmaq üçün həyatlarını riskə atdıqları gizli bir sağ qalma oyunundan bəhs edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
















.jpg)
