“Wentto Electronics” mağazalar şəbəkəsi rebrendinq edib
Başlıca missiya maksimum sərfəli qiymətləri, mövcud olan ən yaxşı seçimləri və yüksək səviyyəli rahatlığı təklif etməkdir.11 yaşını qeyd edən “Wentto Electronics” mağazalar şəbəkəsi rebrendinq edib.
Şirkətin marketinq şöbəsinin rəhbəri Rüfət Əliyev bildirib ki, “Yaxşısı budur” sloqanı altında yaradılan yeni loqo və yeni konseptin əsas məqsədi, zəngin çeşidlərlə daha geniş müştəri kütləsini əhatə etmək və ölkəmizin hər bir regionunda xalqımıza yüksək xidmət və sərfəli şərtlər təqdim etməkdir:
“Sarı və qara rənglərdən yaradılan yeni loqo xoşbəxtliyi, günəşi, aydınlığı və yaradıcılığı ifadə edir. Brendinqdə istifadə olunan xətt və ürək isə yeni sloqanımız olan “Yaxşısı budur”un mənasını ifadə edir. Loqo və sloqanla birlikdə mağazalarımıza da, tam yeni nəfəs gətirmiş olduq və bu yeni yolda, yeni “Vizyon” və “Missiya” ilə addımlamağa qərar verdik. Wentto ailəsi olaraq ən başlıca missiyamız, müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etmək, müştərilərimizə mümkün olan maksimum sərfəli qiymətləri, mövcud olan ən yaxşı seçimləri və yüksək səviyyəli rahatlığı təklif etməkdir. Vizyonumuz isə, müştərilərin oflayn və onlayn almaq istəyə biləcəkləri hər bir məhsulu təqdim edib, satış və xidmət sektorunda öndə gedən şirkətlərdən biri olmaqdır”.

“HƏR ŞEYİ SIFIRLADIQ” KAMPANİYASINA START VERİLİB
Rüfət Əliyev əlavə edib ki, yeniliklər yeni bir kampaniya ilə təqdim edilir: “Müştərilərimizə “Hər şeyi sıfırladıq“ sloqanı altında bütün məhsullarımızı ilkin ödənişsiz, faizsiz və komissiyasız üstəlik 18 ayadək əldə etmək imkanı yaratdıq. Hər kəsi kampaniyalarımızdan yararlanmaq üçün saytımıza və filiallarımıza dəvət edirik”.
Wentto, “yaxşısı budur”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 16 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 2 saat əvvəl
-
3 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
3 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
3 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
3 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
3 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti





.jpg)
.jpg)







.jpg)







