Azərbaycanda yeni tərəvəz növləri yaradılıb
Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu yeni tərəvəz növləri yaradıb.
Bunu İnstitutun İdarə Heyətinin sədri Elmar Allahverdiyev bildirib.
O, ilk növbədə xatırladıb ki, İnstitut fəaliyyət göstərdiyi 1965-ci ildən bəri 65-dən çox yeni tərəvəz növü yaradıb: "Bunlardan 3-ü kartofdur, o cümlədən məşhur "Telman"dır ki, bu gün xüsusilə Gədəbəy rayonunda əkilir. Uzun müddət idi ki, yeni kartof növlərini dövlət qeydiyyatına alınması məqsədilə təqdim etmirdik. 2019-cu ildə 4, 2020-ci ildə isə 3 yeni kartof növünü Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinə qeydiyyatdan keçirilməsi üçün təqdim etmişik və patent verilməsini gözləyirik. Yeni növlər əvvəlki növlərə nisbətən daha məhsuldar və xəstəliklərə daha dözümlüdür”.
Bundan başqa, sədrin sözlərinə görə, bu il institutun seleksiyaçı alimlərinin yaratdığı, istixana şəraitində yetişdirmək üçün nəzərdə tutulan 10 yeni pomidor növü də dövlət qeydiyyata alınması üçün aidiyyəti üzrə təqdim edilib: “Onların arasında “cherry”, bif, salxım, kokteyl, çəhrayı tipli pomidor növləri var. Bununla yanaşı, istixana şəraitində yetişirilən 3 xiyar növünü də qeydiyyatdan keçirilməsi üçün təqdim etmişik. Hər üç növ az tikanlıdır və ölçülərinə görə bir-birindən fərqlənir. Həmçinin istixana şəraitində becərilməsi nəzərdə tutulan şirin bibərin 2 yeni növü da təqdim olunub. Həmçinin, bu il 2 mətbəx çuğunduru növlərini təqdim etmişik. Həmin növlərdən birinin adı “Favorit”, digərinin adı isə “Avanqard”dır. Bu növlər digərləri ilə müqayisədə daha məhsuldardır".
E.Allahverdiyev onu da deyib ki, səbzə tərəvəzlərin də seleksiyasına diqqət yetirilir: "Bu il 4 göyərti növü dövlət qeydiyyatına alınması üçün təqdim olunub. Bu istiqamətdə yeni seleksiya işlərinə ehtiyac var idi, qeydiyyatdan keçirilmiş milli göyərti növləri demək olar ki yox idi. Bu da sertifikatlı toxumların əldə olunmasında müəyyən çətinliklər yaradırdı. Son illər, xüsusilə 2018-ci ildən seleksiya işləri daha da sürətləndirilib. İstixana şəraitində, laboratoriyada biotexnoloji üsullarla istifadə etməklə sürətli seleksiya işləri aparılır, müasir texnologiyalardan istifadə olunur. Daha məhsuldar və xəstəliklərə dözümlü növlərin əldə olunması üçün artıq genetik markerlərin oxunmasına da başlanılıb. Ekzotik tərəvəzlər - brokkoli, gül kələmi, batat, qulançar, ənginar, müxtəlif tipli kahılar üzərində də seleksiya işləri həyata keçirilir. Bir qədər əvvəl isə 2 yeni sarımsaq növünün (“Möcüzə” və “Aişə”) və yemişin “Nihal” növünün patentləri İnstituta təqdim olunub".
“Yeni yaradılmış tərəvəz növlərinin ilkin olaraq institutda dequstasiyası təşkil olunur. Dequstasiya komissiyasının bəyəndiyi növlər daha sonra dövlət qeydiyyata alınması üçün təqdim edilir", - deyə o, əlavə edib.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)






