Avropada qazın qiyməti 11% artdı
Yamal-Avropa vasitəsilə Almaniyaya nəqlin dayandırılması fonunda Avropada qazın qiyməti 11% artıb.ICE birjasının məlumatlarına görə, bugünkü ticarət zamanı Avropada qazın qiyməti Yamal-Avropa vasitəsilə Almaniyaya birbaşa qaz nəqlinin dayandırılması fonunda 11% bahalaşıb.
Marja xəbər verir ki, dekabr fyuçerslərinin qiyməti ticarətin açılışında 1000 kubmetr üçün təxminən 861 dollara yüksəlib (və ya MVt/saat üçün 72 avro). Ümumi qiymət artımı 11%-i ötüb.
Yamal-Avropa kəməri ilə Avropaya qaz nəqli şənbə günü səhər dayandırılıb və hələ də bərpa olunmayıb.
Bundan əlavə, Əlcəzair Mərakeşlə münaqişəyə görə Mərakeş vasitəsilə Mağrib-Avropa qaz kəməri ilə İspaniyaya qaz nəqlini dayandırıb. Əlcəzair mayeləşdirilmiş təbii qazın nəqli üçün "Medgaz" qaz kəmərindən ("Medgaz", Əlcəzairin ən böyük qaz yatağından İspaniyaya çəkilib) və tankerlərdən istifadə edərək ispan tərəfdaşı qarşısında öhdəliklərini yerinə yetirməyə davam edəcək.
Oktyabrın 29-da Avropada qazın qiyməti 1000 kubmetr üçün 800 dollardan aşağı düşmüşdü.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır













.jpg)









