Türkiyədə faiz qərarı açıqlandı - TÜRK LİRƏSİ KƏSKİN UCUZLAŞDI
Türkiyə Mərkəzi Bankının Pul Siyasəti Komitəsi siyasət faizini 2 bənd azaldaraq 18%-dən 16%-ə endirdi. Bazarın proqnozu faizə 0,5 bənd endirim ediləcəyi istiqamətində idi. Qərarın açıqlanmasının ardından dollar/TL məzənnəsi bütün zamanların ən yüksək səviyyəsini görüb.Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqladı.
Marja xəbər verir ki, Mərkəzi Bank pul siyasəti faizini 18%-dən 16% səviyyəsinə endirib (2 faiz bəndi azaldıb). Bu, iqitisadçıların gözləntisindən çoxdur. İqtisadçılar faizin 0,5 bənd azaldılaraq 17,5%-ə salınacağını gözləyirdilər.
Qərardan sonra Türk Lirəsinin ucuzlaşması daha da sürələnib. Dollar/TL məzənnəsi 9,4867-ni görüb. Lirə dollar qarşısında 2,5% dəyər itirib.
Mərkəzi Bank açıqlamasında siyasət faizinin aşağı salınması üçün il sonuna qədər "məhdud bir sahə qaldığını" qeyd edib.
Yüskək inflyasiyanın əsasən təklif qaynaqlı olduğunu qeyd edən Mərkəzi Bank, sərt pul siyasətinin (yüksək faizin) kreditləri və daxili tələbi yavaşlatdığını qeyd edib.
Mərkəzi Bankın açıqlamasında inflyasiyada son dövrdə müşahidə edilən yüksəlişə; qida və başda enerji (neft, qaz və s.) olmaqla idxal qiymətlərindəki artımlar ilə tədarük müddətlərindəki axsaqlıqlar kimi təklif istiqamətli ünsürlərin, tənzimlənən qiymətlərin və açılmalardan sonra tələbin artmasının səbəb olduğu vurğulanıb.
Mərkəzi Bank, pul siyasətinin təsir edə bildiyi tələb ünsürlərini, baza inflyasiyadakı prosesləri və təklif şoklarının yaratdığı təsirləri təhlil edərək, bu çərçivədə faizin 2 bənd azaldılaraq 16% olaraq müəyyən olunmasına qərar verib.
Ötən həftə Türkiyə Preidenti Rəcəb Tayyib Ərdoğan Mərkəzi Bankın Pul Siyasəti Komitəsinin 3 üzvünü vəzifəsindən azad edib, onlardan 2-sinin yerinə təyinat olub, 1 üzv yeri isə böşdur. Məlumata görə, vəzifədən azad olunan 3 üzv Ərdoğanın "yüksək inflyasiyanın səbəbi yüksək faizdir" fikirinə qarşı çıxırlarmış. Ərdoğan bu şəxslərdən də xilas olub, bu səbəbdən Mərkəzi Bankın faiz azaltmaqda davam edəcəyi gözlənilirdi. Ənənəvi qaydaya görə, inflyasiya yüksələn zaman mərkəzi banklar faiz artırırlar. Mərkəzi Bank faizini yüksəldən zaman inflyasiya aşağı düşür. Türkiyə Mərkəzi Bankı ənənəvi siyasətin əksinə olaraq, inflyasiyanın artdığı bir dövrdə faizini aşağı salır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
4 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi






















