Azərbaycan zavodunda süni intellektdən istifadə ediləcək
Yeni layihənin tətbiqi ilə isə metalın əridilməsində qərarvermə prosesi insan tərəfindən deyil, süni intellekt vasitəsilə həyata keçiriləcək.Qafqazın metallurgiya sahəsində lider şirkəti olan “Baku Steel Company” nəinki Azərbaycanda və regionda, bütün dünyada bu sahədə ilk dəfə gerçəkləşək bir startap layihəni həyata keçirməyə hazırlaşır. Layihə istehsal prosesində süni intellektin tətbiq olunması ilə bağlıdır.
Yeniliyin mahiyyəti metal əritmə prosesində elektrik qövs sobasında süni intellektdən istifadə edilməsindən ibarətdir. Hazırda ərinti zamanı 60 tonluq sobaya şixtə verilməsi üçün metalın sıxlığından asılı olaraq 3-4 badya yüklənir. Badyaların sobaya verilməsini və metalın əridilməsi prosesini isə poladəridənlər nəzarətdə saxlayırlar. Lakin badyaların boşaldılması və ərinti getdiyi zaman müxtəlif səbəblərdən hər dəfə 1-2 dəqiqəlik gecikmə baş verir. Gecikmə həm iş prosesində elektrik enerjisinin israf olunması, həm də həmin müddətdə istehsal həyata keçmədiyindən məhsul itkisi deməkdir.
Yeni layihənin tətbiqi ilə isə metalın əridilməsində qərarvermə prosesi insan tərəfindən deyil, süni intellekt vasitəsilə həyata keçiriləcək. Həm ərintinin getməsi, həm qatqıların əlavə edilməsi, həm də digər lazım olan proseslər üçün lazımi parametrlər və məlumatlar kompüterin yaddaşına daxil ediləcək və proses avtomatik rejimdə tənzimlənəcək. Yəni insan faktoru minimuma endiriləcək və poladəridənlər sadəcə işin gedişatına nəzarət edəcəklər. Hər hansı gecikmə olduğu təqdirdə sistem dərhal xəbərdarlıq edəcək və lazımi tədbirlər görüləcək. İlkin hesablamalara görə, bu startap tətbiq olunarsa, sutkada 24 saat işləyən zavod il ərzində milyonlarla manat vəsaitə qənaət etməklə gəlirlərini daha da artıracaq.
Layihənin proqramlaşdırma işini “Baku Steel Company” MMC-nin sifarişi və texniki tapşırıqları əsasında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) həyata keçirəcək. Bununla bağlı artıq “Baku Steel Company” MMC-nin Baş direktoru Kamal İbrahimov və ADNSU-nun rektoru Mustafa Babanlı arasında keçirilən görüşdə razılıq əldə edilib. Proqramlaşdırma işlərinə qeyri-səlis məntiq nəzəriyyəsinin banisi olan Lütfi Zadə irsinin davamçısı, dünya şöhrətli azərbaycanlı alim, ADNSU-nun professoru Rafiq Əliyev, texniki tərəfdən isə işlərin gedişinə BSC-nin Baş direktorunun istehsalat üzrə 1-ci müavini Ramin Kərimov rəhbərlik edəcəklər.
Birgə layihənin bir il ərzində tamamlanması nəzərdə tutulur. Onun ilkin mərhələdə sobada metalın əridilməsində, daha sonra isə sobadan kənar müxtəlif polad markalarının korrektə olunmasında, eləcə də boruların termiki emalında tətbiq edilməsi planlaşdırılır. Bəzi detalların dəqiqləşdirilməsindən sonra yaxın günlərdə bununla əlaqədar BSC ilə ADNSU arasında müqavilə imzalanacaq.
Qeyd edək ki, patentləşdirildikdən sonra bu startapı müəlliflik hüququ əsasında metallurgiya sahəsində dünyada fəaliyyət göstərən digər şirkətlər də istehsalı optimallaşdırmaq məqsədilə ala biləcəklər. Artıq layihəyə maraq göstərən xarici şirkətlər də var.
Xartırladaq ki, 2001-ci ildə fəaliyyətə başlayan “Baku Steel Company” MMC Cənubi Qafqazın ən böyük özəl metallurgiya şirkətidir. BSC hazırda bir ədəd 60 tonluq və bir ədəd 30 tonluq elektrik qövs sobasından ibarət 2 əritmə sexinə, 3 çeşidli yayma xəttinə, bir ədəd tikişsiz boru istehsal edən yayma xəttinə, bir ədəd spiralvari tikişli boru istehsal edən yayma xəttinə, bir ədəd fasonlu tökmə istehsal edən mini zavoda və bir oksigen zavoduna sahibdir.
“Baku Steel Company” yüksək keyfiyyətdə armatur, katanka (məftil), kvadrat və dairəvi pəstahlar, kvadrat və dairəvi çubuqlar, tikişsiz və spiralvari tikişli borular, habelə çeşidli fasonlu tökmələr istehsal edir. Burada həmçinin şveller, künclüklər, ikitavrlar da buraxmaq mümkündür. BSC-nin İSO 9001:2015 də daxil olmaqla bir çox uyğunluq sertifikatlarına cavab verən məhsulları ölkə daxilində yüksək tələbatla satılmaqla yanaşı, Rusiya, Gürcüstan, Qazaxıstan, Türkiyə və s. ölkələrə də ixrac olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 26 d. əvvəl
-
1 saat əvvəl
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
2 saat əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
-
2 saat əvvəl
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
-
3 saat əvvəl
“Maliyyə passivliyinə qarşı “peyvənd”: Səhm, IPO və investor təfəkkürü” - MÜSAHİBƏ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
Ən çox oxunanlar
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb






.jpg)
.jpg)







.jpg)





