Sosial evlərdən mənzil almaq istəyənlərin 700 min manatını ələ keçirən qadının məhkəməsi başlayır
Sosial evlərdən mənzil almaq istəyən vətəndaşların pulunu ələ keçirmiş şəxs barəsində olan cinayət işi məhkəməyə göndərilib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Məmmədova Günay Ənvər qızının qanunsuz əməlləri barədə daxil olmuş çoxsaylı vətəndaş müraciəti əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.
Belə ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Günay Məmmədovanın Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan sosial binalardan mənzillərin ayrılması üçün 2019-2020-ci illər ərzində müraciət etmiş ayrı-ayrı şəxslərə guya Agentliyin vəzifəli şəxslərinə rüşvət verilməsi müqabilində güzəştli şərtlərlə mənzillərin verilməsinə köməklik göstəriləcəyi barədə yalan vəd verərək ümumilikdə 46 nəfər şəxsə məxsus cəmi 703 min 700 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Günay Məmmədovaya CM-nin 178.4 (dələduzluq- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi üzrə vurulmuş maddi ziyanın 134 min 600 manat hissəsinin ödənilməsi təmin edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 19 d. əvvəl
- 25 d. əvvəl
- 26 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 15 saat əvvəl
-
15 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI



















