Bravo-dan 50 milyon manatlıq böyümə planı!
"Azərbaycan Supermarket" MMC (Bravo ticarət markası) 2021 və 2022-ci illərdə strateji böyümə planına uyğun olaraq bütün nəzərdə tutulan tikinti və yenidən qurma lahiyələri üzrə 50 milyon 695 min 875 manat xərcləməyi nəzərdə tutur.
HƏMÇİNİN OXU: Bravo-nun zərər ilə işlədiyi üzə çıxdı - 132 MİLYON MANATDAN ÇOX XALİS ZƏRƏR
Marja şirkətə istinadən xəbər verir ki, "Superstore" tipli mağazaların tikilmə və yenidən qurma layihələri üzrə 13 milyon 908 min 468 manat, "Supermarket" tipli mağazaların tikilmə və yenidən qurma layihələri üzrə 17 milyon 734 min 825 manat, "Convenience store" tipli mağazaların tikilmə və yenidən qurma lahiyələri üzrə 6 milyon 475 min 81 manat, "Express" tipli mağazaların tikilmə və yenidən qurma lahiyələri üzrə 12 milyon 577 min 501 manat xərclənməsi planlaşdırılır.
Xəbər verdiyimiz kimi, "Bravo" marketlər şəbəkəsini idarə edən "Azərbaycan Supermarket" MMC istiqraz buraxılışı yolu ilə 40 milyon manat cəlb etməyi nəzərədə tutur. MMC hər birinin nominal dəyəri 1000 manat olan 40 min ədəd istiqraz emissiya edir. İstiqrazların növü - faizli, təminatsız, sənədsiz, adlı istiqrazlardır. İstiqrazların illik faiz dərəcəsi 10.5 %-dir.
İstiqraz buraxılışından əldə olunacaq vəsait şirkətin böyümə strategiyasına uyğun olaraq yeni layihələrin maliyyələşdirilməsinə və cari lahiyələrin icrasının sürətləndirilməsinə yönəldilməsi nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
6 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























