Türk Lirəsi Ərdoğanın fərmanına çox pis reaksiya verdi
Türkiyə Mərkəzi Bankında 3 nəfərin vəzifədən azad edilməsinin ardından dollar/TL məzəznnəsi 9,18 səviyyəsinin üstünü görüb.
Marja xəbər verir ki, 1 dollar 9,1883 Türk Lirəsinədək yüksələrək rekord yeniləyib. Avro/TL məzənnəsi də 10,66-nın üzərini test edib.
Bu dəfə Türk Lirəsinin ucuzlaşmasına Türkiyə Cümhuriyyəti Mərkəzi Bankında (TCMB) vəzifə dəyişiklikləri səbəb olub.
"Rəsmi Qəzet"də dərc olunan Prezident fərmanına görə, Mərkəzi Bankın sədr müavinləri Prof. Dr. Semih Tümen, Dr. Uğur Namık Küçük, Pul Siyasəti Komitəsinin üzvü Dr. Abdullah Yavaş vəzifədən azad ediliblər.
Digər bir fərman ilə Taha Çakmak Sədr müavini, Prof. Dr. Yusuf Tuna isə Pul Siyasəti Komitəsinin üzvü təyin ediliblər. Mərkəzi Bankda bir sədr müavini yeri boş qalıb. Qarşıdakı həftələrdə bu vəzifəyə də təyinat olacağı gözlənilir.
Qərardan əvvəl TCMB sədri Şahap Kavcıoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşmüşdü. Bloombergin xəbərinə görə, müsbət keçdiyi qeyd edilən görüşdə Pul Siyasəti Komitəsindəki dəyişiklik müzakirə edilib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
4 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi






















