Georgieva, ehtimal ki, BVF rəhbəri postunu qoruyacaq - Bloomberg
Amerika Birləşmiş Ştatları vəzifəsindən sui-istifadədə ittiham olunan Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgiyevanın istefasını istəməyəcək. ABŞ BVF-nin əsa səhmdarıdır.
Marja xəbər verir ki. bu barədə Bloomberg agentliyi mənbələrinə istinadən yazır.
"Bloomberg"in yazdığına görə, Georgieva, fond rəhbərliyi tərəfindən ona qarşı irəli sürülən iddiaları araşdırdıqdan sonra 2019-cu ilin payızından bəri tutduğu BVF-nin İdarəçi Direktoru vəzifəsində qala bilər.
Sentyabr ayında təqdim olunan "WilmerHale" hesabatında, 2018-ci ildə Dünya Bankının icraçı direktoru işləmiş Georgiyevanın qanunsuzluqlara yol verdiyi, bir sıra ölkələrin göstəricilərini bilərəkdən saxtalaşdırdığı qeyd edilib. Sənədin müəllifləri, "Doing Business" reytinqini tərtib edərkən Dünya Bankı əməkdaşlarının müxtəlif qanun pozuntularına yol verdikləri qənaətinə gəliblər. Çin, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin göstəriciləri həddindən artıq, Azərbaycan göstəriciləri isə aşağı qiymətləndirilib. "Doing Business"in illik hesabatları müxtəlif ölkələrdəki biznes mühitini qiymətləndirir. Hesabatdan belə çıxır ki, məlumatlar o vaxt Dünya Bankının prezidenti olan Jim Yong Kimin təzyiqi altında və eyni zamanda Georgiyevanın təsiri altında dəyişdirilib. BVF rəhbəri ona qarşı irəli sürülən ittihamları rədd edir.
Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası bu təşkilatın idarəedici direktoru Kristalina Georgiyevaya tam etimad göstərib. Fondun yaydığı açıqlamada vurğulanıb ki, idarə heyəti, hesabatın hazırlanmasında Georgiyevanın qanun pozuntularına dair heç bir inandırıcı sübutun olmadığı qənaətinə gəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 20 saat sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb






.jpg)
.jpg)







.jpg)




