Pakistan Azərbaycan üzərindən Avropaya yükdaşımalara başlayıb
Pakistan ixrac imkanlarını genişləndirmək məqsədi ilə Azərbaycan və Avropaya yükdaşımalara başlayıb. Bu məqsədlə "National Logistics Cell" logistika şirkətinin nümayəndə heyəti Bakıda səfərdədir.
ABADA-dan Marja-ya verilən məlumata görə, səfər çərçivəsində Pakistan nümayəndə heyəti ilə Azərbaycan Beynəlxalq Avtomobil Daşıycıları Assosiasiyasında (ABADA) Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) və ABADA rəsmiləri arasında görüş keçirilib.
Görüşdə Azərbaycanın tranzit imkanları və Pakistana məxsus yük nəqliyyat vasitələrinin Azərbaycan üzərindən yerli prosedur qayadalarına uyğun keçidinin təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb.
"National Logistics Cell" logistika şirkətinin rəsmisi Faysal Zeşan Pakistanın yerli istehsalı olan mərmər, ipək,çəltik, tekstil kimi malların Avropada alıcılıq qabiliyyəti yüksək olduğundan bu məhsulların ixrac imkanları üzərində çalışdıqlarını deyib. Pakistana məxsus ilk sınaq yük partiyasının artıq Azərbaycan ərazisindən keçərək Türkiyəyə çatdığını qeyd olunub. Azərbaycana ilk sınaq yükləri isə 5-6 oktyabr tarixlərində çatacaq.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini Anar Rzayev iki ölkə arasında icazə mübadiləsinin vacibliyinə toxunub. Pakistanın "National Logistics Cell" logistika şirkətinin Beynəlxalq Nəqliyyat Konvensiyası (TIR) çərçivəsində bu daşımaları icra edə biləcəyi qeyd edilib.
ABADA-nın baş katibi Orxan Əfəndiyev İctimai Birlik olaraq "National Logistics Cell" logistika şirkətinə lazımi dəstəyin göstəriləcəyini bildirib.
Görüşdə yeni yaradılan Pakistan-Azərbaycan İqtisadi Palatasının iki ölkə arasında ixrac-idxal imkanlarına müsbət təsir edə biləcəyi vurğulanıb. Pakistana məxsus yüklərinin Azərbaycan daşıyıcıları vasitəsi ilə Avropaya daşınma imkanları da müzakirə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
















.jpg)






