Azərbaycan xaricdən nar şirəsinə çoxsaylı sifarşlər alır
2017-ci ilin 4 ayı ərzində Azexport.az portalında ən çox ixrac sifariş alan məhsullardan biri nar şirəsi olmuşdur.
“Marja” xəbər verir ki, ki, 4 ay ərzində Fransa, Almaniya, Səudiyyə Ərəbistanı, Türkiyə, Ukrayna, Misir, Latviya, Kanada, Polşa, Rusiya, Danimarka, Hindistan və digər ölkələrdən nar şirəsinə ixraca sifarişi daxil olmuşdur.
Qeyd edək ki, xarici sifarişçilər nar şirəsi ilə yanaşı nar şərabına da böyük maraq göstərirlər. Azexport.az portalına daxil olan sifarişləri isə operativ olaraq nar şirəsi istehsal edən müəssisələrə yönəldilib.
Azərbaycandan fındıq ləpəsi sifariş edən əsas ölkələr
Azərbaycanın qeyri-neft ixracında mühüm paya sahib olan fındıq ləpəsinə dünya bazarında tələbat böyükdür. 2017-ci ilin 4 ayı ərzində ABŞ başda olmaqla, Çin, Rusiya, Bolqarıstan kimi ölkələrdən ixrac sifarişləri daxil olmuşdur. Azexport.az portalına 4 ayı ərzində fındıq ləpəsi ilə bağlı daxil olan ixrac sifarişlərinin dəyəri isə 1 milyon ABŞ dollarından çox olmuşdur.
Azərbaycanın şərab və konyaklarını sifariş edən əsas
Azexport.az portalına daxil ilan ixrac sifarişlərinin təhlili göstərir ki, başda keçmiş SSRİ respublikaları Rusiya və Ukrayna olmaqla dünyanın bir çox ölkələrində (Benin, Bolqarıstan, İspaniya, Hindistan, Avstraliya və s.) Azərbaycanın şərab və konyaklarına böyük maraq var. 2017-ci ilin 4 ayı ərzində azexport.az portalına şərab və konyaklarla bağlı daxil olmuş ixrac sifarişlərinin məbləği 100 min dollardan çox olmuşdur.
Azexport.az portalına 2017-ci ilin 4 ayı ərzində 42 ölkədən ixrac sifarişləri daxil olub. Aprel ayında ilk dəfə portala sifariş daxil olan ölkələr isə Hindistan, Çin, İspaniya, Gürcüstan, Yəmən, Əlcəzair, Sinqapur, Avstraliya və Fələstindir.
APRELDƏ 30 MİLYON DOLLARLIQ SİFARİŞ
Azexport.az portalına aprel ayında daxil olan sifarişlərin ümumi dəyəri isə 29.9 milyon ABŞ dolları olmuşdur. Məlumat üçün bildirək ki, 2017-ci ilin yanvar ayında Azexport.az portalına 48 milyon ABŞ dolları, fevral ayında 6.5 milyon ABŞ dolları, mart ayında isə 27 milyon ABŞ dolları, aprel ayında isə 29.9 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
Aprel ayında sifarişləri məhsullar üzrə təhlil etdikdə aydın olur ki, qeyrineft sektorunda istehsal edilən müxtəlif məhsullar - konyak, şərab, soğan, noxud, göbələk, yumurta, kərə yağı, pendir, pambıq yağı, albalı şirəsi, nar şirəsi, fındıq ləpəsi, quru süd, toyuq əti, bibər turşusu, günəş paneli, mühərrik yağı, boya sifariş olunan mallar arasındadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
21 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 34 d. əvvəl
- 37 d. əvvəl
- 39 d. əvvəl
- 40 d. əvvəl
- 43 d. əvvəl
- 44 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib















.jpg)



