“MKT İstehsalat Kommersiya” MMC “Heimtekstil 2021" beynəlxalq sərgisində!
(®️) “MKT İstehsalat Kommersiya” MMC sentyabr ayının 11-də Rusiyanın Moskva şəhərində təşkil olunan “Heimtekstil 2021" beynəlxalq ev tekstili, interyer parçaları və dekor materialları sərgisində iştirak etmişdir.
Tədbirdə iştirak Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təşəbbüsü, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutmuşdur.
Təşkil olununan sərgidə qurulan stenddə “MKT İstehsalat Kommersiya” MMC şirkət daxilində fəaliyyət göstərən fabriklərin istehsal etdiyi iplik məhsullarını nümayiş etdirmişdir. Sərgidə iştirakda məqsəd Azərbaycan məhsulunun dünya bazarında uğurlu təmsil olunması və istehsal olunan məhsulların yeni müştərilər ilə tanış edilməsi olmuşdur.
Şirkət istehsal edilən iplik növləri ilə stendə yaxınlaşan iştirakçıları tanış etmiş və bu barədə məlumatlar təqdim etmişdir. Sərgi çərçivəsində “MKT İstehsalat Kommersiya” MMC heyəti bir sıra işgüzar görüşlər də keçirərək həm Rusiyada fəaliyyət göstərən, həmdə xarici alıcılarla əlaqələr yaratmışdır.
“MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 illik iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-ində pambığın yetişdirilməsi, tədarükü və daha sonra pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.
2019-2020 mövsümündə şirkət 45 000 Ha sahədən rekord göstərici olan 35.6 sentner/Ha xam pambıq istehsal etmişdir.
Cari ilin Yanvar-May ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində birinci yerdə qərarlaşmışdır. Hal-Hazırda müəssisədə işçi sayısı 3200 nəfərdir və regionlarda 23 filialı fəaliyyət göstərməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
16 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 12 saat sonra
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 11 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















