Defisit icazə blankları daşıyıcılara təqdim edilib
Rusiya III ölkə “İcazə” blanklarının bölgüsünü aparıbMəlum olduğu kimi, 27 may 2021-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası” (ABADA) İB arasında memorandum imzalanıb. Memoranduma əsasən “İcazə” blanklarının bölgüsünün aparılması ABADA-nın nəzdində yaradılan Xüsusi Komissiya tərəfindən təşkil edilir.
20 sentyabr 2021-ci il tarixində ABADA-nın nəzdində Xüsusi Komissiya 2021-ci ilin sentyabr ayı üçün Rusiya III ölkə (defisit blank kateqoriyası) “İcazə” blanklarının bölgüsünü aparıb.
Komissiyanın işində Komissiya üzvlərinin tam tərkibi ilə yanaşı, ictimai iştirakçılığın təmin edilməsi məqsədilə “Okeantrans” MMC-nin, “R Trans” MMC-nin, “Pərviz İKF”-in, “Az-Forvard” MMC-nin və “Qarabağ Transport” MMC-nin rəhbərləri və nümayəndələri də iştirak edib.
Nəticədə 33 daşıyıcıya Rusiya III ölkə məhdudiyyətsiz “İcazə” blankı, 31 daşıyıcıya isə Rusiyaya İran üzərindən daşımaları təmin etmək üçün III ölkə “İcazə” blankı bölünüb.
Qəbul edilən Reqlamentə əsasən “İcazə” blanklarının bölgüsü ilə bağlı şərtlər daşıyıcılara ətraflı izah edilib.
Hazırki bölgü daşıyıcıların istifadəsində olan avtonəqliyyat vasitəsinin sayına, ötən 3 ay ərzində alınmış Rusiya III ölkə “İcazə”lərinin qaytarılmasını və ya istifadəsini təsdiq edən əsaslara, ənənəvi istiqamətlər üzrə daşımaların reytinqinə uyğun əmsallardan istifadə edilməklə riyazi hesablamalar vasitəsilə həyata keçirilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 48.3-cü bəndində qeyd edilir ki, “İcazə” blankları istifadə edildikdən sonra təhvil verilməlidir. “İcazə” blanklarının istifadə edildikdən sonra geri qaytarılması barədə xəbərdarlıq “İcazə” blankları verilərkən xüsusi bildirişlə, sahibkarların mobil nömrələrinə sms göndərilməklə, eləcə də ABADA-nın saytında məlumat yerləşdirilməklə sahibkarlara təqdim edilir. Bu qaydaya əməl etməyən daşıyıcıların müraciətləri məlumat yetərsizliyindən Xüsusi Komissiyaya təqdim edilmir.
Qeyd edilənləri nəzərə alaraq, bildiririk ki, 2021-ci ilin sentyabr ayı üçün Rusiya III ölkə “İcazə” blanklarının bölgüsü aparılar istifadə edilmiş “İcazə” blankları haqqında məlumatları açıqlamayan şəxslərin müraciətləri də Xüsusi Komissiyaya təqdim edilməyib.
Eyni zamanda “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsaslanmaqla beynəlxalq yükdaşımalarının yerinə yetirilməsi üçün istifadəsindəki avtonəqliyyat vasitələri barədə məlumat verməyən şəxslərin müraciətləri də qeydiyyata alınmayıb.
Bir daha daşıyıcıların nəzərinə çatdırırıq ki, istifadə olunmuş “İcazə” blankları barədə məlumatların DANX-a operativ təqdim edilməsini təmin etsinlər. Həmçinin real planlaşdırılmış daşımalara uyğun “İcazə” blankları sifariş versinlər. Yaxın gələcəkdə nəzərdə tutulmayan daşımalara görə “İcazə” blanklarının əldə edilməsi defisit “İcazə” blanklarına real ehtiyacı olan digər daşıyıcıların təminatında problemlər yaranmasına səbəb olur.
DANX ABADA ilə birlikdə milli daşıyıcılarımızın “İcazə” blankları ilə tam təmin olunması üçün zəruri təbdirlər görür və bununla əlaqədar mütəmadi olaraq bütün daşıyıcılar məlumatlandırılacaqdır.
Qanunvericilikdən irəli gələrək tətbiq edilən qaydalar daşıyıcılar arasında azad rəqabətin təmin olunması, yerli daşıyıcıların beynəlxalq daşımalar bazarında rəqabət qabiliyyətinin artırılması, avtomobil nəqliyyatı ilə daşımalar bazarında inhisarçılığın qarşısının alınması və defisit “İcazə” blanklarının real tələbatını qarşılamağa hesablanıb.
Müştərilərin xəbərləri
TuranBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirib
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
22 saat sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 19 saat sonra
-
-
33 d. əvvəl
TuranBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirib
- 44 d. əvvəl
-
52 d. əvvəl
İyun ayında da daşınmaz əmlak qiymətləri artıb – torpaq bazarı liderdir
-
1 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
-
1 saat əvvəl
AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azenco”nun sabiq rəhbərinin həbs edilldiyi bildirilir - 3 milyon manatdan çox mənimsəmə
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
“Azenco”nun sabiq rəhbərinin həbs edilldiyi bildirilir - 3 milyon manatdan çox mənimsəmə
Ən çox oxunanlar
Palma yağı təhlükəlidirmi? - Qoşqar Təhməzlidən açıqlama
Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir
Ramanada torpaq sahələrini satan 11 nəfər barəsində cinayət işi məhkəməyə göndərilib
Bakı ilə Bratislava arasında birbaşa reys açılır - TARİX
Azərbaycan neftinin son qiyməti
“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim edib



























