Məşhur elektromobillərdən biri artıq Azərbaycanda - MÜSAHİBƏ
Rəsmi təqdimatdan sonra satışına başlanılacaq elektromobilin qiyməti də açıqlandıAzərbaycana gətirilən yeni nəsil elektrik avtomobilləri ilə bağlı“CAHAN Motors”un direktoru Adil Axundovun müsahibəsini sizlərə təqdim edirik.
- Adil bəy, “CAHAN Motors” şirkətindən yaxın günlərdə hansı yeniliklər gözlənilir?
- Şirkətimiz Almaniyanın OPEL, Çinin FAW, LİFAN və ZX AUTO avtomobil brendlərinin Azərbaycandakı yeganə rəsmi distribütorudur. Artıq Azərbaycanda ilk şirkətlərdənik ki, yeni nəsil, elektrik mühərriklə işləyən avtomobillərin kütləvi formada satışını həyata keçirməyə başlayırıq.
- Söhbət hansı elektromobillərdən gedir?
- Bizim planımız, FAW-a aid markanın E-HS9 modelini müştərilərimiz üçün rəsmi təqdimat etdikdən sonra satışa çıxarmağımızdır. Bu elektromobil 540 at gücünə malikdir və batareyalarının yığdığı enerji ilə 600 km məsafə qət edə bilir. Eyni zamanda zəngin komplektasiyaya malikdir. Qiyməti isə 119 min dollardan başlayacaq. Digər texniki göstəriciləri ilə müştərilərimiz rəsmi təqdimatda tanış ola biləcəklər.
- Rəsmi təqdimat nə vaxta planlaşdırılır?
- E-HS9 avtomobilinin rəsmi təqdimatını oktyabr ayına planlaşdırmışıq. Bu təqdimatda hamı iştirak edə biləcək və avtomobil ilə yaxından tanış ola biləcəklər. Tezliklə bütün məlumatlar Marketinq şöbəsi tərəfindən paylaşılacaq. Bundan əlavə olaraq biz OPEL markasının Corsa, Mokka və Astra modellərinin də tam elektrik növlərini tezliklə Azərbaycana gətirəcəyik.
- Nə üçün siz öz strategiyanızı dəyişib elektromobil satışına keçid edirsiniz?
- İlk öncə onu demək istərdim ki, biz tam olaraq elektrik mühərriklə işləyən avtomobilə keçid etmirik. Ancaq müasir texnologiyanın inkişaf etdiyi və ətraf mühitin mühafizəsinin daha da aktuallaşdığı bir dövrdə alternativ yanacaqla – elektriklə işləyən nəqliyyat vasitələrinin (elektromobil) əhəmiyyəti artmaqdadır. Elektromobillərin artımının statistik göstəricilərə baxsaq açıq-aşkar müşahidə edə bilərik ki, 2009-cu ildə dünya üzrə elektromobillərin sayı 6 mindən az idisə, 2020-cı ilin avqust ayında dünyanın 40 ölkəsində 10,2 milyondan çox elektromobil istifadədədir. Bu avtomobillərin 80%-i ABŞ, Çin, Yaponiya, Hollandiya və Norveçin payına düşür.
- Elektromobillərin ölkəmizdə artması üçün hansı addımları atmaq lazımdır?
-Bu addımları 2 kateqoriyaya ayırmaq olar. Təşviqləndirici addımlar və münasib infastrukturun yaradılması. İnzibati cəhətdən isə dünya təcrübəsində görə bilərik ki, müəyyən təşviqedici addımlar (məs: vergi güzəştləri) ümummilli, bəziləri isə lokal (məs: parklama xərclərindən azad edilməsi xüsüsi ayrılan parklama yerləri və s.) xarakterlidir.
Ən çox elektromobillərin payı düşən ölkələrdə stimullaşdırıcı addımlar isə aşağıdakılardır:
- Gömrük rüsumundan azadetmə,
- Elektromobil idxal edən şəxslərə hər avtomobilə görə dövlət tərəfindən subsidiya verilməsi,
- Elektromobillərin parklama xidmətindən tam azadetmə və s.
Ölkəmizdə də elektrik avtomobillərin artması üçün addımlar atılır və ümüd edirik ki ən tez bir zamanda elektrik avtomobil alıcıları daha da əlverişli şərtlərlə həmin avtomobilləri əldə edə biləcəklər. Qeyd etmək istəyirəm ki tam elektrik avtomobillər bu gün yalnız 15 faiz idxal rüsumu ilə rəsmiləşdirilir. Bu da elektrik avtomobillərinin idxalını stimullaşdıran addımlardan biri kimi sayılır.
-Sonda bu mövzuda daha nələri qeyd edə bilərsiniz?
Elektromobil normal yanacaq ilə işləyən avtomobildən 5 dəfə daha qənatcildir. Bundan əlavə olaraq bu ölkənin, uşaqlarımızın gələcəyi üçün əlimizdən gələn hər şeyi, hətta artıqlamasını etməliyik. Bu səbəbdən də bizim üstümüzə düşən vacib şərtlərdən biri də məhz ekologiyanı təmiz saxlamağımızdır. Təşəkkür edirəm.
Ətraflı məlumat üçün:
055 258 55 45
Babək pr. 21/99 “Cahan Motors”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 23 d. əvvəl
-
-
48 d. əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
50 d. əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
1 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
2 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Gbaru.com startapı artıq Avropada!
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
























