Azərbaycana bir ton buğdanın idxal dəyəri 40 dollar bahalaşıb
8 ayda xaricdən Azərbaycana yarım milyon tona yaxın buğda gətirilib.
2021-ci ilin 8 ayı ərzində (yanvar-avqust) xaricdən Azərbaycana statistik dəyəri 122 milyon 245 min dollar olan 480 min 960 ton buğda idxal edilib.
Marja Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2020-ci ilin 8 ayı ilə müqayisədə buğda idxalı statistikdəyər (məbləğ) ifadəsilə 16,9%, fiziki miqdar ifadəsilə 30,2% azalıb. Ötən ilin eyni dövründə Azərbaycana 147 miylon 185 min dollar dəyərində 688 min 735 buğda idxal edilmişdi.
Bir ton buğdanın idxal statistik dəyəri 214 dollardan 254 dollara qalxıb (40 dollar artıb).
Ərzaq balansı məlumatlarına əsasən, Azərbaycanın buğda tələbatı təxminən 3,1 milyon tondur. Ölkəmizdə istehsal olunan buğdanın illik həcmi təxminən 1,9 milyon ton, idxal isə 1,3 milyon tona yaxındır. Azərbaycan ərzaq buğdası ilə özünütəmin etmə səviyyəsi orta hesabla 59.5% təşkil edir, başqa sözlə təlabatın təxminən 40-45 faizi idxal hesabına ödənir. Bütün cəhdlərə baxmayaraq, Azərbaycan buğdaya olan tələbatı yerli istehsal hesabına təmin edə bilmir.
2020-ci ildə Azərbaycana 296 milyon 905 min dollar dəyərində 1 milyon 365 min 100 ton buğda idxal edilmiş, 1 ton buğdanın statistik idxal dəyəri 217 dollar təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır













.jpg)







