"Rosneft" səhmləri tarixi rekord qiymətini yeniləyib
Çərşənbə günü Rusiyanın neft şirkəti "Rosneft"in bir səhminin qiyməti 589,8 rubla çatıb. Bu, 2021-ci ili iyul ayındakı rekorddan (bir səhm üçün 586.95 rubl) yüksəkdir.
Marja xəbər verir ki, bu barədə Moskva Birjasının ticarət məlumatlarından məlum olur.
Bu gün ticarətin ilk yarısında "Rosneft"in səhmi təxminən 6% bahalaşaraq 589,8 rubla çatıb və bu da şirkətə 6,25 trilyon rubl kapitallaşma təmin edib.
"Rosneft" səhmləri bazarda ən sürətlə bahalaşan səhmlərdən biridir. Belə ki, 2020-ci ilin mart ayından etibarən şirkətin səhminin qiyməti 2,3 dəfədən çox, 2021-ci ilin birinci yarısında isə 31%-dən çox artıb.
Eyni zamanda, Moskva birjasında TEK şirkətinin indeksi ilin əvvəlindən 25,53% artıb.
Şirkətin səhmlərinin bahalaşması "Rostneft" səhmlərinin investorlara yüksək dividend gəliri təmin etməsilə əlaqədardır. Rusiya neft şirkəti ildə iki dəfə dividend ödəyir. 2021-ci ildə şirkətin səhminin dividend gəlirinin 10%-dən yuxarı olacağı gözlənilir. Bu, bazar ortalamasını aşan çox yaxşı bir göstəricidir.
Bundan əlavə, investisiya bankı "J.P. Morgan" sentyabrın əvvəlində qeyd edib ki, "Rosneft", "Vostok Oil" layihəsi sayəsində Rusiya neft və qaz şirkətləri arasında ən yüksək yüksəliş potensialına malikdir. Bu, hələ də şirkətin bazar dəyərində tam əks olunmayıb. Bank, şirkətin qiymətli kağızları üzrə hədəf qiymətini də artırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)












.jpg)





