“Azərxalça” bərabər olmayan maaş sistemi tətbiq edəcək
“Azərxalça” ASC işçilərinin daha yaxşı işləməsini stimullaşdırmaq üçün diferensial (bərabər olmayan) maaş sistemi tətbiq edəcək.
Bunu jurnalistlərə açıqlamasında qurumun mətbuat katibi xatuna Abdullayeva bildirib.
Onun sözlərinə görə, yeni sistem ən zəif toxucuları belə keyfiyyətli xalça toxumağa sövq edəcək.
“Xalça tətbiqi sənət növüdür. Burada ötəri insanların fəaliyyət göstərməsi mümkünsüzdür. Son məhsul kimi ortaya çıxan xalça ilk növbədə onu toxuyanın simasıdırsa, sonrakı mərhələdə “Azərxalça”nın və təbii ki, ən əsası, Azərbaycanın simasıdır. Ona görə məhsullarımızın keyfiyyətinin yüksəldilməsi imicimizin yüksəldilməsi deməkdir. Bazarda özümüzə yer tutmaq, mövqeyimizi bərpa etmək üçün yalnız kəmiyyət deyil, bügünkü zövq və tələblərə cavab vermək, yüksək keyfiyyət də olduqca vacibdir.
Bu gün “Azərxalça”ya məxsus emalatxanalarda çalışan toxucular xalçanın 1 kvadratmetri üçün 250 manat məvacib alır. Bu əvvəldən təyin edilən məbləğdir. Lakin gələcəkdə toxucuların daha həvəslə çalışması və keyiyyətli məhsullar ortaya qoyması üçün əmək haqlarının artırılması istiqamətində çalışırıq”, - deyə o, qeyd edib.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)







