“İpəkyolu” gömrük postunda dəhşət yaşatan şəxs həbs edildi -2 QURUMDAN BİRGƏ AÇIQLAMA
Malları gömrükdən çıxarmağa cəhd edib, vergi və gömrük işçilərini təhqir edib, avtomobili onların üzərinə sürüb...İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi son illər “kölgə iqtisadiyyatı”nın azaldılması və biznes subyektlərinin fəaliyyətinin şəffaflaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirir.
Marja xəbər verir ki, bu barədə iki qurumun birgə yaydığı məlumatda bildirilir.
Məlumatda həmçinin deyilir ki, səmərəli vergi və gömrük nəzarəti mexanizmlərinin tətbiqi nəticəsində sahibkarlıq subyektlərinin iqtisadi dövriyyələrinin “ağarması” istiqamətində müsbət nəticələr müşahidə olunur.
Bu sahədə aparılan mühüm tədbirlərdən biri də vergi və gömrük orqanları tərəfindən üçüncü şəxslər üçün mallar idxal edən vergi ödəyicilərinin müəyyən edilməsi və qanunvericilikdə nəzərdə tutulmuş formada mal sahiblərinə təqdim olunması istiqamətində birgə nəzarətin həyata keçirilməsidir.
Növbəti belə tədbirlərdən biri üçüncü şəxslər üçün mallar idxal edən "Fabrolık Tıkıntı" MMC-də həyata keçirilib. Lakin birgə nəzarət tədbirlərinin davam etməsinə baxmayaraq, sentyabrın 4-də həmin müəssisəyə aidiyyəti (qanuni təmsilçi və ya etibarnamə üzrə nümayəndə) olmayan vətəndaş Bəhlulov Osman İlqar oğlunun Bakı Baş Gömrük İdarəsinin “İpəkyolu” gömrük postunda malları gömrük ərazisindən çıxarmağa cəhd edib. Bu zaman o, gömrük və vergi orqanı əməkdaşlarının birgə nəzarət tədbirləri həyata keçirməsinə mane olub, vergi və gömrük orqanının vəzifəli şəxslərini təhqir edib, nəqliyyat vasitəsini işçilərin üzərinə sürərək gömrük postunun qarşısını bağlayıb və digər nəqliyyat vasitələrinin çıxışına maneə yaradıb.
O.Bəhlulovun qanunsuz hərəkətləri hüquq-mühafizə orqanlarının iştirakı ilə rəsmiləşdirilərək Səbail Rayon Məhkəməsinə göndərilib və məhkəmənin 06.09.2021-ci il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə əsasən, barəsində 10 gün müddətinə inzibati həbs qərarı verilib.
O.Bəhlulov bundan əvvəl də çoxlu sayda müəssisənin adına rəsmiləşdirilmiş 3-ü şəxslərə məxsus malların heç bir təmsilçilik hüququ olmadan gömrük ərazisindən çıxarılmasına cəhdlər edib.
"Fabrolık Tıkıntı"də keçirilmiş operativ vergi nəzarəti zamanı müəssisənin rəhbəri dəvət edilib, araşdırma zamanı MMC-yə məxsus təsərrüfat subyektinin formal olaraq qeydiyyata qoyulduğu, riskli (əmtəəsiz) əməliyyatlar aparıldığı müəyyən edilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi bildirir ki, mövcud qanunvericiliyə əsasən, idxal olunan malların üçüncü şəxslərə sənədsiz təhvil verilməsinə, saxlanılacağı təsərrüfat subyektlərinin düzgün göstərilməməsinə yol verilmir və bu kimi hallar qanunvericiliyin tələblərinin pozulmasına gətirir. “Kölgə iqtisadiyyatı”nın artmasına şərait yaradan belə halların qarşısının alınması istiqamətində aidiyyəti orqanların birgə fəaliyyəti bundan sonra da davam etdiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)









.jpg)





